Ailə var, sadəcə, adı ailədir.
Bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) polkovniki Kəmalə Əkbərova “Himayədar ailə” qayğı modeli mövzusunda keçirilən ictimai dinləmədə deyib.
O, küçə uşaqları ilə bağlı hələ də problemlər yaşadıqlarını bildirib:
"Həmin uşaqlar üçün düzgün mühit, ailə qayğısı formalaşdırmalıyıq. Hələ də övladlarına baxmaq istəməyən ailələr var. Ailə var, sadəcə, adı ailədir. Valideyn var, sadəcə, adı valideyndir. Gecə saat 2-də polis bölməsinin qarşısına iki övladını qoyub baxa bilmədiyini deyən ana olub. Ona görə də bu cür problemlərin qarşısını almaq mütləq vacibdir".
K.Əkbərova vurğulayıb ki, himayədar ailələrin seçilməsi, diqqətdə saxlanılması vacib məsələdir:
"Hansı modelin tətbiqindən asılı olmayaraq, uşaqlara qayğı, ailə mühiti üçün şərait yaradılmalıdır".
Tehsil-press.az