Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti ötən gün Azərbaycanı birdəfəlik və tam olaraq tərk edib. Sosial mediada bu barədə yayılan videogörüntülərdə sülhməramlı kontingentin Qarabağ istiqamətindən çıxaraq Azərbaycanı tərk etməsi zamanı Tərtər və Bərdə rayonlarından keçdiyi əks olunub. Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov “Kommersant”a təsdiq edib. O bildirib ki, rusiyalı sülhməramlılar Qarabağı tərk edir.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu hadisəni 44 günlük Vətən müharibəsindən və bir günlük antiterror tədbirlərindən sonra Azərbaycanın növbəti uğuru kimi dəyərləndirib.
Politoloq vurğulayıb ki, rusiyalı hərbçilərin Azərbaycan ərazisində fəaliyyətlərini davam etdirməsi üçün heç bir əsas yoxdur: “Rusiya sülhməramlılarının ölkəmizi tərk etməyə başlaması İkinci Qarabağ müharibəsindən, o cümlədən Qarabağda separatizmə son qoyduqdan sonra növbəti uğurumuz sayıla bilər. Çünki, Rusiya sülhməramlıları 2020-ci ilin noyabr ayında Qarabağa daxil olanda onların uzun müddət ərzində ölkəmizdə qala biləcəyi təhlükəsi var idi. Bu təhlükə ötən ilin sentyabr ayında Qarabağı tam nəzarətə götürməyimiz ilə ortadan qalxdı. Rusiyalı hərbçilərin ərazimizdə fəaliyyətlərini davam etdirmələri üçün heç bir əsas qalmadı. Buna baxmayaraq, bəziləri məsələyə yenə şübhə ilə yanaşır, “Rusiya daxil olduğu yerdən çıxmır”, – kimi fikirlər səsləndirirdilər”.
E.Şahinoğlu deyib ki, Azərbaycanın yaxın tarixində Rusiya hərbi bazalarından qurtulmasının iki müsbət nümunəsi var: “1990-cı illərin əvvəllərində Rusiya hərbi bazaları Azərbaycan ərazisindən çıxarılmış, 2012-ci ildə isə Rusiyanın Qəbələdəki RLS-i fəaliyyətini dayandırmışdı. Bu iki nümunədən çıxış edərək Rusiyanın Qarabağdakı azsaylı hərbi kontingentinin də ərazimizi tərk edəcəyi ehtimalı yüksək idi. Doğrudur, Kreml hərbi kontingentinin çıxarılmaması üçün müxtəlif bəhanələr axtarırdı, gah ermənilərin geri qayıdacağını deyir, gah da minatəmizləmə fəaliyyəti ilə məşğul olacaqlarını bildirirdi. Halbuki minatəmizləmə işi ilə peşəkarlar məşğul olur, bunun üçün aylarla kurslar keçirilir. Sıravi hərbçilərin bu işlə məşğul olmaları təhlükəlidir. Rusiya hərbi kontingentinin Qarabağı tərk etməyə başlamasından bir gün əvvəl Dövlət Dumasının ermənipərəst deputatı, komitə sədrinin müavini Konstantin Zatulin açıqlamasında bildirmişdi ki, Rusiya hərbi kontingentinin Qarabağda fəaliyyətinə ehtiyac qalmayıb. Demək, onun Kremldəki qərardan əvvəlcədən xəbəri olub. Doğru qərar veriblər”.
Tehsil-press.az