Bu məqsədlə keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev tədqiqat universitetinə çevrilmək istiqamətində geniş viziona malik olan Naxçıvan Dövlət Universitetində son illərdə mühüm elmi yeniliklər və elmi tədbirlərin silsilə xarakter aldığını qeyd edib. Rektor alim Xəlil Kələntərin 2023-cü ildən ali təhsil ocağında də dərslər tədris itməsini və universitet əməkdaşı kimi beynəlxalq elmi jurnallarda məqalələrlə çıxış etməsini təhsil müəssisəsinin inkişafına mühüm töhfə kimi dəyərləndirib.
Rektor bildirib ki, əvvəlki və yeni nəsil monitorların yaradılmasında əvəzsiz xidmətləri olan, elektronika sahəsinə aid onlarla kitabın, çoxsaylı elmi məqalələrin müəllifi olan Xəlil Kələntər həm də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür. Rektor nüfuzlu alimin 40 ilə yaxındır ki, Yaponiyada yaşamasına və fəaliyyət göstərməsinə baxmayaraq, öz vətəni Azərbaycanla çox sıx əlaqə saxladığını qeyd edib. Vurğulanıb ki, alimin elmi və praktik nailiyyətləri beynəlxalq elm aləmində də yüksək səviyyədə qiymətləndirilir.
Rektor vurğulayıb ki, alimin təqdim etdiyi elektron resurslar NDU Elmi Kitabxanasının fondunu zənginləşdirir və tədqiqat, təhsil və informasiya mənbəyi kimi mühüm rol oynayır. Kitabxananın fondunun genişləndirilməsi, texnoloji təchizatının yaxşılaşdırılması və istifadəçi təcrübəsinin yaxşılaşdırılması gələcək inkişaf üçün vacibdir.
Rektor Xəlil Kələntərə təqdim etdiyi elekton resurslara görə universitet kollektivi adından minnətdarlığını bildirib. Tədbirdə Fizika-riyaziyyat fakültəsinin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru Məftun İsmayılov, Ümumi və nəzəri fizika kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru Billurə Hacıyeva, Monitorinq və qimətləndirmə bölməsinin müdiri, Ümumi və nəzəri fizika kafedrasının baş müəllimi Elgün Tağıyev çıxış ediblər.
Çıxışlarda bildirilib ki, məhşur Alim Xəlil Kələntər tərəfindən kitabxanaya təqdim edilən electron materiallar müxtəlif mövzularda dəyərli mənbələri əks etdirir və elmi
araşdırmalar üçün əhəmiyyətli bir resurs təşkil edir.
Tehsil-press.az