Xəzər Universitetində Elmi şuranın növbəti iclası

Xəzər Universitetində Elmi şuranın növbəti iclası Xəzər Universiteti Elmi şurasının növbəti iclası keçirilib.
Rektor İradə Xəlilova gündəlikdəki məsələləri Elmi şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda universitetin məzunları, onların qiymətləri, ixtisasları və s. haqqında məlumat verilib və müzakirələr aparılıb.
Daha sonra doktorant və dissertantların dissertasiya mövzularının, elmi rəhbərlərinin təsdiqi və dəyişdirilməsi haqqında məlumat verilib.
Qeyd olunub ki, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri tarix üzrə fəlsəfə doktoru Telman Nüsrətoğlunun tərtib etdiyi “Osmanlı diplomatiyasının Cənubi Qafqaz hesabatları” və “Türk dövlətləri və mədəniyyətləri tarixi”, Fizika və elektronika departamentinin rəhbəri fizika üzrə fəlsəfə doktoru, dosent Fəridə Tatardar və bir neçə həmmüəllifin tərtib etdiyi “Mikroelektronika və nanoelektronika”, Dillər və ədəbiyyatlar departamentinin müəllimi filologiya üzrə fəlsəfə doktoru Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm” və eyni departamentin müəllimi filologiya üzrə fəlsəfə doktoru Qardaşxan Əzizxanlının “Çağdaş Azərbaycan şeirinin poetikası” adlı dərs vəsaitləri çapa təqdim olunub.
İclasda universitetin veb-saytının yenilənməsi məsələsi də müzakirə edilib.

Tehsil-press.az


Oxşar xəbərlər