Qalmaqallı qanun ləğv edilə bilər, ancaq... - Qaribaşvili

Qalmaqallı qanun ləğv edilə bilər, ancaq... - Qaribaşvili Gürcüstan hakimiyyəti ölkənin Avropa Birliyinə qəbul olunacağı təqdirdə “Xarici agentlər haqqında” qanunu ləğv edə və ya ona yenidən baxa bilər.

Bunu hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Qaribaşvili bildirib.

“Əgər bizə desələr ki, sabah AB-yə üzv olacağıq, o zaman qanun çox asanlıqla ləğv edilə, yenidən işlənib hazırlana və ya yenisi qəbul edilə bilər”, - Qaribaşvili deyib.

Tehsil-press.az

Oxşar xəbərlər