Rusiyada spirtli içkilərin qanunsuz istehsalında təqsirli bilinən şəxslərin vətəndaşlığı ləğv edilə bilər

Rusiyada spirtli içkilərin qanunsuz istehsalında təqsirli bilinən şəxslərin vətəndaşlığı ləğv edilə bilər Rusiyada spirtli içkilərin qanunsuz istehsalı və satışında təqsirli bilinən şəxslərin vətəndaşlığının ləğv edilməsi və ölkədən deportasiyası təklif olunur.
Federasiya Şurası “Rusiya Federasiyası vətəndaşlığı haqqında” qanun layihəsinə spirtli içkilərin qanunsuz istehsalı və satışında təqsirli bilinən şəxslərin vətəndaşlığının ləğv edilməsi və ölkədən deportasiyasını nəzərdə tutan düzəliş planlaşdırır.
Bu, ölkə vətəndaşlığını sonradan alan şəxslərə aid ediləcək. Qanun layihəsinin ikinci oxunuşu fevral ayında baş tutacaq.
Senator Sergey Ryabuxin bildirib ki, saxta spirtli içki istehsal edən və satan şəxslərin 75 faizi əcnəbilərdir.
Qeyd edək ki, Prezident Vladimir Putin Dövlət Dumasına “Rusiya Federasiyası vətəndaşlığı haqqında” qanun layihəsini təqdim edib. Layihəyə əsasən, bir sıra kateqoriyalardan olan şəxslərə vətəndaşlıq verilməsi şərtləri asanlaşdırılıb. Eyni zamanda, terrorçuluq, dövlətə qarşı cinayətlər, narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi kimi qanun pozuntularında təqsirləndirilən şəxslərin vətəndaşlığı ləğv edilə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər