Etibarnamə ilə əmlak alanlara XƏBƏRDARLIQ

Etibarnamə ilə əmlak alanlara XƏBƏRDARLIQ Etibarnamə yolu ilə əmlak almamağa çalışın. Bu, həm çıxarışlı, həm də çıxarışsız mənzillərə şamil olunur.

Bunu əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev deyib. O bildirib ki, əgər hər hansı bir əmlakı etibarnamə yolu ilə almaq məcburiyyətində qalırsınızsa, mütləq şəkildə həmin etibarnamə Azərbaycan notariuslarında verilmiş olmalıdır:

"Eləcə də, etibarnamə ilə əmlak almaq məcburiyyətində qalırsınızsa, maksimum həmin əmlakın sahibinin kimliyi ilə bağlı kiçik bir araşdırma aparın. Bu araşdırmanı qonşulardan, bələdiyyədən, "JEK", sahə müvəkkili və sair aidiyyəti qurumlardan maraqlana bilərsiniz. Əmlakın sahibinin özü ilə birbaşa təmasa keçməmiş, onun satışla bağlı fikrini öyrənməmiş etibarnamə ilə alqı-satqı etməyin".

"Xarici ölkələrdən, xüsusən də Rusiyadan satış ücün göndərilmiş etibarnamələrdən ehtiyatlı olun", - deyə ekspert əlavə edib.

Tehsil-press.az

Oxşar xəbərlər