"Apardığımız monitorinqlər göstərir ki, 2014-cü ilin ikinci yarısından başlayaraq daşınmaz əmlak bazarında qiymət azalmaları müşahidə edilir. Mütəmadi olaraq son 3 ilə yaxın müddətdə KİV-də qiymət artımının olması ilə bağlı açıqlamalara rəğmən, daşınmaz əmlak bazarında son 3 ildə qiymət artımları müşahidə edilməyib. Əksinə son 3 ildə qiymətlərin azalması müşahidə edilib".
Təhsil-press.az bildirir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib. Onun fikrincə, hazırda da qiymət azalmaları davam edir: "Tələb aşağıdır. Bu da qiymətlərin azalmasına gətirib çıxardır. Qiymət artımlarının olması ilə bağlı açıqlamalar verməklə süni təklifin formalaşmasına çalışılsa da, hələlik hansısa bir təklifin formalaşmasından danışmaq mümkün deyil. Çünki hələ də vətəndaşlar daşınmaz əmlak almaqda maraqlı görünmürlər. Çünki daşınmaz əmlak əvvəlki kimi kommersiya baxımından rentabelli deyil". Ekspertin sözlərinə görə, əgər 2014-cü ilədək daşınmaz əmlakı alıb bir müddətdən sonra satıb gəlir əldə etmək mümkün idisə, artıq bu, mümkün deyil: "Burada satış problemi var. Vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşüb. Bu da daşınmaz əmlak bazarında tələbə təsir göstərir. İnsanlar yığıma üstünlük verirlər və bu da alıcılıq qabiliyyətinə təsir göstərir". İqtisadçı hesab edir ki, ən əsas səbəblərdən biri dollarlaşma səviyyəsinin yüksək olmasıdır: "Çünki dollarlaşma səviyyəsi yüksək olduğu üçün vətəndaşlar pullarını əmlak bazarında deyil, xarici valyutada saxlamağa üstünlük verirlər. Bu da daşınmaz əmlak bazarında təklifə təsir göstərir". "Qiymətləndirmə göstərir ki, növbəti dövrdə bazarda qiymətlərin necə dəyişməsi manatın bazar məzənnəsini tapıb-tapmaması ilə bağlı olacaq. 2017-ci ilin növbəti aylarında qiymətlərdə artımlar proqnozlaşdırmırıq. Əksinə, bu, birbaşa manatın bazar dəyərinin alınmasından asılıdır. Əgər manatın bazar dəyəri növbəti aylarda müəyyənləşərsə, eyni zamanda, bazarda manatın kursu stabilləşərsə, bu, 2017-ci ilin sonuna doğru bu gün əmlak bazarında müşahidə edilən durğunluğun stabilləşmə ilə əvəz olunmasına gətirib çıxarda bilər. Amma qiymətləndirmələr göstərir ki, hələlik yaxın vaxtlarda əmlak bazarındakı durğunluq qalacaq. Bu kontekstdən də yaxın aylarda bazarda qiymət artımları proqnozlaşdırılmır" - deyə V. Bayramov əlavə edib.
Əmlak eksperti Rəşad Əliyev Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, daşınmaz əmlak bazarında hələlik stabillik gözlənilir: "Ümumiyyətlə, ciddi dəyişiklik gözləmirik. Keçən ilin sonlarına yaxın bazarda vəziyyət bir az qeyri-stabil idi, alqı-satqıların sayı azalmışdı. Nəticədə, müvəqqəti olaraq müəyyən defisit yaranmışdı". "Ümumi götürəndə, bazarda dəyişiklik deyilən bir şey yoxdur. Sadəcə ilin əvvəlindən İpoteka Fondunun kreditləri aktivləşdirilib. Bu, əslində müvəqqəti canlanma yaradıb. Amma alqı-satqıların sayında hiss olunmur. Cari ilin 2-ci yarısı üçün bu bazara təsir edən amillər olmadığı üçün bazarda hansısa dəyişikliyin olacağını demək çətindir" - Əliyev vurğulayıb.
Təhsil-press.az