Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu, Azərbaycan Dövlət İqtisad Univesitetinin (UNEC) koordinatorluğu ilə hazırlanmış ve təqdim edilmiş Avropa İttifaqının maliyyələşdirdiyi Ali təhsildə potensialın gücləndirilməsi profilinə (KA2) uyğun “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: Bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması” (REFRESH) layihəsi çərçivəsində 2024-cü ilin 15-19 aprel tarixlərində Danimarka Krallığının Danimarka Texnologiya Universitetində (DTU) təlim proqramı keçirilib.
Yaşıl və dayanıqlı iqtisadiyyatın inkişafında DTU təcrübələrini öyrənmək məqsədi daşıyan təlim səfərində “REFRESH” layihəsində təmsil olunan Azərbaycan 6 ali təhsil müəssisəsindən 7 nəfərdən ibarət nümayəndə heyəti, o cümlədən MDU-nun Beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru Samirə Əhmədova iştirak edib.
Təlim proqramının ilk günü DTU-nun Tətbiqi riyaziyyat və kompüter elmi departamentinin əməkdaşı, professor Mads Peter Sorensen universitetin ümumi strukturu haqqında və mühəndislik istiqamətində bakalavr və magistr təhsil pillələri üzrə tədris proqramları barədə məlumat verdikdən sonra fakültənin dekanı, professor Calal Kazempur Davamlı “enerji sistemləri” ixtisası üzrə hər iki təhsil pilləsinin tədris proqramları, sillabusları, eləcə də tədris prossesi haqqında ətraflı məlumat verib.
Sonra Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet, alternativ enerji sahəsində mövcud proqramın cari vəziyyəti haqqında təqdimatla çıxışlar ediblər.Günün ikinci yarısı professor Maykl Deninger bakalavr təhsil pilləsində “Dizayn və İnnovasiya” ixtisasi üzrə süni intellekt (Sİ) vasitələrinin tətbiqinə dair təqdimat ilə çıxış edib və tələbələrinin Sİ-i öz tədqiqat işlərində tətbiq edərək əldə etdikləri nailiyyətləri haqqında danışıb.
Təlimin ikinci günü DTU-nun Enerji mühəndisliyi kafedrasının professor-müəllim heyəti ilə Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri arasında yaşıl və dayanıqlı enerjinin inkişafı üçün gördükləri fəaliyyət, iqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində fikir mübadiləsi aparılıb. Daha sonra nümayəndə heyəti 40.000 sakinin yerləşdirilə və işlə təmin edilə biləcəyi gələcək dayanıqlı şəhərin yaradılmasını hədəfləyən Skandinaviya üzrə ən böyük və uğurlu dayanıqlı şəhər inkişafı layihəsi ilə tanş olmaq məqsədi ilə Kopenhagen şəhərinin Nordhavn Harbour ərazisinə dəvət olunmuş və təyin olunmuş bələdçi ilə ərazidə əhatəli tur gəzintisi təşkil edilib.
Təlim proqramının üçüncü günü DTU Mühəndislik fakültəsinin “Gələcək enerji” ixtisası üzrə məsul əməkdaşı professor Bhaskar Reddy Surdireddy ixtisas üçün ayrılmış fənlər və qəbul şərtləri haqqında ətraflı məlumat verib. Təqdimatdan sonra nümayəndə heyəti universitetin labaratoriyasına ziyarət edərək buranın iş prinsipi ilə tanış olublar. Günün ikinci yarısı DTU Menecment bölməsinin tədqiqatçısı Per Sieverts Nielsen Avropa İttifaqının onlayn təhsil layihəsi olan “RES4CİTY” (Renewable Energies System for Cities) haqqında təqdimatla çıxış edırək şəhərin ümumi istilik sistemi və istilik qurğuları haqqında ətraflı məlumat verib. Sonra DTU Hesablama bölməsinin tədqiqatçısı Martin Brynskov DTU “Smart Cəmiyyət Mərkəzi” mövzusunda təqdimat edib.
Növbəti təlimlərdə “Külək enerjisi” və “Dayanıqlı enerji texnologiyaları” ixtisasları üzrə tədris proqramları, tədris olunan fənlər və qəbul tələbləri haqqında ətraflı məlumat verilib.
Təlim proqramının sonuncu günü DTU Hesablama bölməsinin professoru Nenrik Madsen Smart şəhərlər, bərpa olunan enerji istehsalı proqnozu və istehlak uyğunluğu üzrə tədqiqat mövzularına dair təqdimatla çıxış edib və ölkə ərazisində ən çox istifadə olunan külək enerjisi və külək turbinlərinin iş prinsipi haqqında məlumat verib.
Azərbaycan ali təshil müəssisələrinin nümayəndələri REFRESH layihəsi üzrə UNIBO-nun nümayəndələri ilə layihənin növbəti addımlarını müəyyən etmək məqsədilə yekun görüş keçirib.
Tehsil-press.az