Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunan anım tədbiri keçirilib

Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunan anım tədbiri keçirilib Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O bildirib ki, Ulu Öndərin siyasi fəaliyyətində Azərbaycan elmi, o cümlədən fizika elmi istiqaməti mühüm yer tutub.

Daha sonra Ulu Öndər Heydər Əliyev xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Akademik Arif Həşimov Ümummilli Lider Heydər Əliyevin uzaq görənliyindən, gördüyü işlərin bugünki dövrdəki yüksək nəticələrindən bəhs edib. Bildirib ki, Ulu Öndər hələ Sovet hakimiyyəti illərində fədakarlıqla Azərbaycan xalqı üçün böyük işlər görüb.

O bildirib ki, Ümummilli Lider Heydər Fizika İnstititunu ziyarət edib. A.Həşimov bu gəlişin İnstitut üçün əhəmiyyətliliyindən danışıb.

Tədbirdə çıxış edən fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova qeyd edib ki, Heydər Əliyev Sovet İttifaqı dövründə fəaliyyət göstərdiyi vaxtlarda da həmişə öz adı, vətəninin, millətinin gəlcəyi üçün çalışırdı. O, Heydər Əliyevin hakimiyyətə qayıdışından, Naxçıvandakı fəaliyyətindən, xalqın ona etimadından söhbət açıb. Onun varisi Ali Baş Komandan İlham Əliyev bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirir.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Səlimə Mehdiyevanın çıxışı ilə davam edib. O, Ulu Öndərin xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib.

Tədbirdə laboratoriya rəhbəri, texnika üzrə elmlər doktoru Əli Məmmədov, Yeni Azərbaycan Partiyasının (YAP) fəal üzvi, elmi işçi Bayram Xudayarov, YAP-ın ərazi üzrə Partiya Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru Şəhla Xəlilova çıxış ediblər. Natiqlər Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına verdiyi misilsiz töhfədən bəhs ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər