Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O, tədbir iştirakçılarını salamlayaraq bildirib ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu məqsədlə ölkəmizdə Ulu Öndərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Bu gün İnstitutda təşkil olunmuş seminarın həmin tədbirlərin davamı olduğunu vurğulayıb. Qeyd edib ki, tədbirdə Heydər Əliyev məktəbinin layiqli davamçısı, Azərbaycan tarix məktəbinin yaradıcılarından biri, respublikanın görkəmli alimi, akademik Yaqub Mahmudov iştirak edir. Akademik Y.Mahmudovun Heydər Əliyevlə birbaşa təmasda olduğunu onun bütün daxili və xarici səfərlərində, seçkilərdə aktiv iştirakçılardan olduğunu vurğulayıb.
Daha sonra akademik Y.Mahmudov Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış edib. Bildirib ki, Ulu Öndər haqqında ən doğru məlumat onun özünün qoyduğu izdir, gördüyü işlər isə onun haqqında ən qiymətli əsərlərdir. Heydər Əliyevin işıqlı əməllərinin bir neçə mühüm nəticəsi vardır ki, o da dahi şəxsiyyətlərə qismət uğurlardır. O, Ulu Öndəri şəxsən tanıdığını və tələbəlik illərinin eyni vaxta düşdüyünü bildirib. Y.Mahmudov çıxışında qeyd edib ki, Heydər Əliyev Sovet Rusiyası dövründə fəaliyyət göstərdiyi vaxtlarda da həmişə öz adı, vətəninin, millətinin gəlcəyi üçün çalışırdı. “Qürurluyam ki, Ulu Öndər məni Azərbaycanın böyük alimi adlandırmışdı. Mənim bir sira fəxri adlarım var, amma ən qiymətlisi onun mənə verdiyi dəyərdir”-deyə akademik vurğulayıb. Y.Mahmudov Heydər Əliyevin Yeni Azərbaycanın və Azərbaycan tarixinin qurucusu, Yeni Azərbaycan Partiyasnın banisi olduğunu söyləyib. Bildirib ki, Ulu Öndər Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibidir.
“Bir sıra tarixi şəxsiyyətlər qurtuluş mübarizəsinə öz vətənlərində başlayıblar, Heydər Əliyev isə təqib olunduğu, ali vəzifədən uzaqlaşdırıldığı vaxtlarda Moskvada, imperiyanın paytaxtında mübarizəyə başladı”-deyə o qeyd edib. Y.Mahmudov Ümummili Liderin öz zəkasının gücünə sovet sisteminin rəhbərlərinin biri səviyyəsinə yüksəldiyini qeyd edib. Bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra müstəqil dövlətlər yarandı, Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsi gündəmə gəldi, daxili ixtişaşlar başladı. O vəziyyətdə Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlaya və bugünki Azərbaycanı yarada bildi. Qeyd edib ki, Heydər Əliyevin digər tarixi şəxsiyyətlərdən fərqi o idi ki, onun hərbi qüvvəsi, maliyyə imkanı, güclü xalqı yox idi. Lakin onu dövlətçilik təcrübəsi, bacarığı var idi və Sovet sisitemini dərindən bilirdi, onlara qarşı necə mübarizə aparmalı olduğunu da bilirdi. O, Heydər Əliyevin qədim və müasir dövlətçiliyimizi ən uca zirvəyə yüksəldən tarixi şəxsiyyət olduğunu bildirib. Rusiyada qabaqcıl ziyalılar Ümummilli Lideri hakimiyyət ustası adlandırırdılar.
O, Azərbaycan ərazisinin guya ermənilərə məxsus olduğunu göstərmək üçün onlar tərəfindən görülən məkirli tədbirlərdən, çap olunan yalançı atlaslardan bəhs edib. Akademik bu yalanların qarşısını almaq məqsədi ilə Ulu Öndərin gördüyü tədbirlərdən danışıb. Y.Mahmudov Heydər Əliyevin İrəvan xanlığının tarixini yazılması, ümumiyyətlə, Azərbaycanın son 200 illik tarixinin yazılması üçün tapşırıqlar verdiyini qeyd edib.
Sonda akademik Y.Mahmudov Ulu öndərin xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib.
Tehsil-press.az