UNEC-in əməkdaşları “Naxçıvan” Universitetində olublar

UNEC-in əməkdaşları “Naxçıvan” Universitetində olublar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndələri “Naxçıvan” Universitetində olublar.
Nümayəndə heyəti öncə “Naxçıvan” Universitetinin maddi-texniki bazası, infrastrukturu, imtahan otaqları, tələbə yataqxanası və kitabxanası ilə tanış olublar. Həmçinin STEAM komandası ilə görüşərək tələbələrin bir-birindən maraqlı startap layihələrinin təqdimatını izləyiblər.
Sonra UNEC nümayəndələri universitetin rektoru Anar Kazımov və inzibati heyətlə görüşüblər. Görüşdə hər iki universitet arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində görülmüş işlər, eləcə də həyata keçiriləcək tədbirlər müzakirə olunub.
İşgüzar səfər UNEC əməkdaşlarının Naxçıvan Universitetinin müvafiq strukturlarında təcrübə mübadiləsi ilə davam edib.

Tehsil-press.az


Oxşar xəbərlər