Ölən və 90-dan çox yaralı var - Rusiyadan dəhşətli xəbər

Ölən və 90-dan çox yaralı var - Rusiyadan dəhşətli xəbər Rusiyanın Kemerovo şəhərinin Loqovaya şosesində içərisində sərnişinləri olan iki tramvay toqquşub.

Rusiya mediası xəbər verir ki, İki tramvayın toqquşması nəticəsində xəsarət alan sərnişinlərin sayında kəskin artım var.

Bu barədə danışan Kemerovo vilayətinin səhiyyə naziri Dmitri Beqlovun sözlərinə görə, qəzada ölənlərin sayı artıq 90-ı ötüb, onlardan yeddisi uşaqdır.

Xatırladaq ki, bir qədər öncə qəzada 60 nəfərin öldüyü bildirilsə də, son açıqlamada ölü sayının kəskin artdığı etiraf olunub.

Kemerovonun Loqovaya şossesində tramvaylar iyunun 6-da səhər saatlarında toqquşub./konkret.az

Tehsil-press.az

Oxşar xəbərlər