Son 5 ildə Azərbaycanda nağdsız ödənişlərin həcmi 10 dəfəyə yaxın artıb. Bu nəticənin əldə edilməsində ölkədə təmassız ödənişlərin təşviqi ilə bağlı həyata keçirilən tədbirləri xüsusi vurğulamaq lazımdır. Bunlardan biri “ƏDV geri al” layihəsidir ki, bu layihənin başlamasından 4 il keçib və bu, nağdsız ödənişlərin artdığı dövrlə demək olar ki, üst-üstə düşür. Həmçinin aparılan maarifləndirmə tədbirləri, maliyyə sahəsində tətbiq olunan texnoloji yeniliklər nağdsız ödənişlərin həcminin artırılmasında müstəsna rol oynayıb. Lakin bəzi biznes subyektləri nağdsız ödənişlərdə “Card to Card” əməliyyatları ilə vergidən yayınma hallarına yol verirlər ki, bu da istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır.
“Report” bu yazıda pərakəndə ticarət və iaşə obyektlərində “Card to Card” əməliyyatları ilə vergidən yayınma hallarının necə baş verməsi, istehlakçı hüquqlarının pozulmasının hansı formada həyata keçirilməsi məsələsinə toxunub.
Bir layihə ilə reallaşan bir neçə hədəf...
Əvvəlcə nağdsız ödənişlərin artırılmasında xüsusi rol oynayan “ƏDV geri al” layihəsinin imkanlarına toxunaq. “ƏDV geri al” layihəsi bir mexanizmlə bir neçə hədəfə nail olmağın uğurlu nümunəsidir. Belə ki, layihənin həyata keçirilməsi üçün dövriyyələrin şəffaf bəyan edilməsini təmin edən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə başlanıldı. Bununla da vergi orqanları dövriyyələrə elektron nəzarət etmək imkanı əldə etdi ki, bu da gəlirlərin büdcədən yayındırılmasının qarşısını almaq üçün böyük irəliləyiş oldu.
Həmin nəzarət-kassa aparatları vasitəsilə əldə edilmiş çeklərin üzərinə QR kod yerləşdirildi ki, bu kodla alıcılar mağazalarda aldıqları məhsullar üçün ödədikləri ƏDV-nin bir hissəsini geri ala bilsinlər. Beləliklə, çek tələb etmək cəmiyyət üzvləri arasında vərdişə çevrildi. Digər tərəfdən isə alış-verişini nağdsız ödənişlə həyata keçirən müştərilərə ƏDV-nin daha çox hissəsinin (17,5 %) qaytarılması ilə bağlı qanunvericiliyə dəyişiklik edildi ki, bu da təmassız ödəniş üsulunu daha da təşviq etdi. Beləliklə, insanlar nağdsız ödənişin faydalarını öz gəlirlərini artırmaqla hiss etməyə başladılar. Üstəlik, banklar da nağdsız ödəniş edən vətəndaşlara əlavə faydalı imkanlar yaratmaqla prosesə töhfə verdilər. Bu isə, öz növbəsində, ümumi ödəniş vərdişlərinin dəyişməsinə, nağdsız ödənişlərin artmasına və müsbət nəticələrin əldə edilməsinə yol açdı.
Nağdsız ödənişlər zamanı diqqətli olmaq lazımdır...
Lakin son dövrlərdə pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin başqa üsullarla həyata keçirilməsi halları müşahidə edilir. Bu hallara nağdsız ödənişlərin POS-terminal deyil, kartdan karta köçürmə əməliyyatları tətbiq olunmaqla həyata keçirilməsi daxildir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildiriblər ki, pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin kartdan karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi birbaşa istehlakçı hüquqlarının pozulmasıdır. Belə hallarda istehlakçılara POS-terminaldan çıxarış və nəzarət-kassa aparatı çeki təqdim olunmur və bu da gələcəkdə istehlakçıların öz hüquqlarını tələb etmək imkanını məhdudlaşdırır.
Nağdsız ödənişlər yalnız POS-terminal vasitəsilə qəbul edilməlidir. Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kardan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır. Sahibkarlara isə Vergi Məcəlləsində nəzərdə tutulan əlavə maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur. Çünki, bu qanun pozuntusu vergidənyayınma məqsədi daşıyır və belə əməliyyatlara yol verən vergi ödəyicilərinə vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər.
“Card to Card”la ödəniş alıcıların hüquqlarını məhdudlaşdırır...
“Card to Card”la ödəniş etmiş alıcı mağazadan əldə etdiyi məhsulda nöqsan aşkarlayarsa onu dəyişdirə və ya geri qaytara bilmir. Çünki bunun üçün o, mağazaya çek təqdim etməlidir. Alıcıya isə çek verilmədiyi üçün o, məhsulu həmin mağazadan aldığını da sübut edə bilmir. Bu, onun hüquqlarının pozulmasıdır. Eyni zamanda alıcı əlavə dəyər vergisi ödəyicisindən əldə etdiyi məhsul, iş və xidmətə görə “ƏDV geri al” mexanizmindən də yararlana bilmir. Alış-veriş çeki ticarəti təsdiqləyən mühüm sənəddir. Onunla alıcı “istehlakçı həmişə haqlıdır” prinsipinə uyğun olaraq öz hüquqlarını tələb edə bilər. Alıcı çek əldə etməklə aldadılması kimi risklərdən özünü sığortalayır. Lakin çek olmayanda bunların hər birindən məhrum olur. Bu, həm də dövlət büdcəsinə zərərdir.
Belə əməliyyatlara yol verənlər vergidən yayındığı üçün bütün ödənişi özlərinə yönəldirlər və beləliklə büdcə müəyyən gəlirlərdən məhrum olur. Üstəlik vətəndaşları da xəbərləri olmadan həm hüquqlarından məhrum edir, həm də belə qanunsuz əməllərə şərik edirlər. Nəticədə, qazanc yalnız biznes subyektinin olur. Lakin vəziyyətdən çıxış yolu var və bunlardan biri, fəal vətəndaş mövqeyidir. İctimaiyyət bu sahədə yekdil olub belə ödənişlərdən imtina edərsə kütləvi imtina iş adamlarını düzgün işləməyə vadar edəcək. Nəticədə isə qazanan tək biznes yox, həm də bütün vətəndaşlar olacaqlar. Həmçinin dövlət tərəfindən bu sahəyə nəzarət gücləndirilmiş olur. Vergidən yayınmağa çalışan iş adamları cəriməyə məruz qalmadan işlərini düzgün qurmağa başlasalar bu, onların xeyrinə olar. Beləliklə, fəal vətəndaş mövqeyi, dövlət nəzarəti və maarifləndirmə mexanizmləri nağdsız ödəniş seqmentində qanunsuz cəhdlərin aradan qaldırılması üçün səfərbər olaraq şəffaflığı təmin edəcək.
Tehsil-press.az