Fizika İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclas Milli Qurtuluş Gününə həsr olunub. Tədbiri İnstitutun baş direktoru, akademik Arif Həşimov açıb. O, 15 iyunun Azərbaycan üçün böyük ictimai, siyasi, tarixi əhəmiyyətə malik gün oldğunu bildirib. A.Həşimov Ulu Öndər Heydər Əliyevin müstəqillik uğrunda əzmkarlıqla mübarizə aparmasından, Naxçıvanın blokadadan çıxarılması, ona Muxtar Respublika adının verilməsi və Demokratik Respublikanın bayrağının Naxçıvanda yenidən dalğalanması üçün ustalıqla yürütdüyü siyasətdən, atdığı addımlardan danışıb. O, xalqın təkidilə Bakıya gələn Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu və memarı olduğunu bildirib.
Tədbirdə çıxış edən fizika-riyaziyyat elmləri doktoru, professor Adilə Abasova qeyd edib ki, Heydər Əliyev Sovet İttifaqı dövründə fəaliyyət göstərdiyi vaxtlarda da həmişə öz adı, vətəninin, millətinin gəlcəyi üçün çalışırdı. O, xalqın Heydər Əliyevin ətrafında sıx birləşməklə gələcək taleyini özünun həll etmək istəyindən danışıb. A.Abasova qeyd edib ki, Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bildirib ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Onun varisi, Ali Baş Komandan İlham Əliyev bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirdiyini vurğulayıb.
Tehsil-press.az