Sankt-Peterburqda azərbaycanlı faciəvi şəkildə öldü

Sankt-Peterburqda azərbaycanlı faciəvi şəkildə öldü Rusiyanın Sankt-Peterburq şəhərində ölümlə nəticələnən yol qəzası olub.

Qəza iyunun 17-də saat 5:10-də Kalininski rayonunun Suzdal prospektində, ev 73-ün yaxınlığında baş verib.

32 yaşlı Azərbaycan vətəndaşı "LADA Largus" markalı avtomobillə Svetlanovski prospektindən Kulturı prospekti istiqamətində hərəkətdə olarkən yol kənarında dayanan "MAN" markalı yük maşınına çırpılıb.

Nəticədə "Lada"nın sürücüsü yerindəcə keçinib. Araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər