İbtidai sinif səviyyəsində bəzi summativ qiymətləndirmələrin azaldılması və ya ləğvi məsələsi müzakirə olunur.
Bunu yerli mətbuata açıqlamasında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Şöbə müdiri bildirib ki, qiymətləndirmə siyasətində bəzi təkmilləşdirmələr aparılacaq.
Nazirlik rəsmisi həmçinin əlavə edib ki, ümumi təhsilin dövlət standartlarının yenilənməsi 5 ildən bir nəzərdə tutulur:
“2020-ci ildə təsdiq olunmuş dövlət standartları növbəti ildə yenilənəcək. Yeni standartların hazırlanması ilə bağlı işlər gedir”.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, summativ qiymətləndirmə orta məktəb şagirdləri üçün çox vacibdir və onların ləğv edilməsi barədə düşünmək absurddur:
“2008-ci ildən etibarən orta məktəblər kurikulum standartları əsasında tədris prosesini həyata keçirir. Bu zaman şagirdlərin müəyyən edilmiş həftələr ərzində əldə etdiyi bilik və bacarıqlarının yoxlanılması üçün KSQ və BSQ (kiçik və böyük summativ) imtahanı keçirilir.
Məktəbdaxili qiymətləndirmə əvvəlki kimi diaqnostik, formativ və summativ olmaqla, üç növdən ibarət olacaqdır. Təhsil nazirinin nəzərdə tutduğu əsas dəyişiklik summativ qiymətləndirmələr və onun formatı ilə bağlıdır.
I siniflərdə summativ qiymətləndirmə nəzərdə tutulmur. II-IV siniflərdə KSQ nəzərdə tutulsa da, BSQ aparılmayacaqdır. BSQ yalnız V-XI siniflərdə aparılacaqdır. BSQ V-IX siniflərdə ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanlarında nəzərdə tutulan fənnlərdən, X-XI siniflərdə isə tam orta təhsil pilləsi üzrə buraxılış imtahanlarında nəzərdə tutulan fənnlərdən həyata keçiriləcəkdir.
KSQ və BSQ-nin (kiçik və böyük summativ) nəticələri 100 ballıq şkala üzrə ballarla ifadə olunacaqdır. Məhz KSQ və BSQ ibtidai sinif şagirdlərinin nəzərdə tutulmuş proqramdan çox yüklənməsinə, psixoloji cəhətdən stress keçirməsinə gətirib çıxarırdı".
Onun sözlərinə görə, bu dəyişiklik ilə yanaşı ibtidai sinif şagirdləri üçün tərtib olunmuş dərsliklər də sadələşdirilməlidir:
"Orta ümumtəhsil məktəblərində summativ qiymətləndirmə kiçik və böyük olmaqla iki formada aparılır. Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. Bu da o deməkdir ki, 2008-ci ildən bəri tətbiq edilən kurikulum standartlarının tətbiqi, reallaşdırılması üçün bu çox vacibdir.
Xatırladım ki, kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim, böyük summativ qiymətləndirmə vasitələri isə ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır.
Kiçik summativ qiymətləndirmə hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Yəni şagirdin təhsil aldığı müddətdə əldə etdiyi bilik və bacarıqlarını nümayiş etdirmək üçün bu bir meydandır.
Bundan başqa, 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməyən şagird dərsə qayıtdıqdan sonrakı bir ay ərzində böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir. 1-ci yarımildə böyük summativ qiymətləndirmədə üzrsüz səbəbdən iştirak etməyən və 2-ci yarımilin ilk bir ayı ərzində iştirakı təmin olunmayan şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti "0" qəbul olunur.
Təhsil sisteminə aid normativ hüquqi aktlarda qeyd olunur ki, Şagird 2-ci yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə ümumtəhsil müəssisəsinin pedaqoji şurasının qərarı ilə həmin şagirdin 2-ci yarımil üzrə qiyməti onun bu yarımildə iştirak etdiyi kiçik summativ qiymətləndirmələrin nəticələrinin ədədi ortası kimi müəyyənləşdirilir.
Üzrsüz səbəbdən 2-ci böyük summativ qiymətləndirmədə iştirak etməyən şagirdin böyük summativ qiymətləndirmə üzrə qiyməti "0" qəbul edilir.
Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır".
Ekspert əlavə edib ki, summativlər ləğv olduğu halda, mümkündür ki, kurikulum ümumilikdə ləğv edilsin:
"Dəyişiklikləri qısa olaraq ifadə etsək, I sinifdə böyük summativ qiymətləndirmə ümumiyyətlə ləğv olunub. IV, IX, XI siniflərdə isə bütün fənlərdən BSQ-lər keçiriləcək. II və III siniflərdə BSQ-lər ləğv olunaraq, yalnız kiçik summativ qiymətləndirilmələr tətbiq ediləcək.
Kiçik summativ qiymətləndirmələr yarımildə 3 dənədən az olmayacaq. V, VI, VII, VIII və X siniflərdə buraxılış imtahanında hansı fənlər nəzərdə tutulubsa, yalnız o fənlərdən böyük summativ qiymətləndirmənin keçirilməsi nəzərdə tutulub.
Kiçik summativ qiymətləndirmələrin sayı tədris ilinin əvvəlində şagirdlərə elan olunacaq.
BSQ və KSQ-lərin ləğvi ilk növbədə tədris yükünü azaldacaq. Bir vacib məsələni qeyd edim ki, böyük summativ qiymətləndirmələrin aparılması isə məktəb rəhbərlərinə aiddir. Hətta, BSQ-nin özü də “kiçik imtahan” formasında komissiya tərəfindən verilmiş suallar əsasında, müəllim tərəfindən onların nəzarəti ilə şifahi sorğu və ya layihə üsulunda aparıla bilər. Məsələnin maliyyə tərəfi də yetərincə dəyərlidir.
Summativ qiymətləndirmələrin test üsulu ilə aparılması zamanı ölkə üzrə sərf olunan kağız, texniki xərclər, enerji sərfiyyatı və əməyi dəyərləndirsək, KSQ-lərin şifahi aparılması milyonlarla vəsaitə qənaət etmək deməkdir.
Rəsmi qiymətləndirmə olan, hər tədris vahidinin sonunda, altı həftədən gec olmayaraq aparılan kiçik summativ qiymətləndirmədə isə müəllimlər daha çox təminatdan şikayətçidir.
İndiki qaydada işləmək üçün hər bir müəllimin iş otağında kompüter və printer olmalıdır. Bunu təmin etmək çox böyük vəsait tələb edir. Belə şəraitdə müəllimlərin bir qismi testlərin çoxaldılmasını şagirdlərə həvalə edir. Bu isə valideynlərin haqlı narazılığına səbəb olur. Bütün bunların yaranmasının başlıca səbəbi müəllimlərin, hətta məktəb rəhbərlərinin bütün üsul və vasitələrdən çox test üsuluna üstünlük verməsidir".
Tehsil-press.az