Ölkəmizdə artıq sistemli hala gələn kadr və struktur islahatları öz tempi ilə davam edir. Xüsusən sentyabrın 1-i keçiriləcək parlament seçkilərindən əvvəl dəyişikliklərin geniş vüsət alacağı, əsasən icra hakimiyyəti orqanlarını əhatə edəcəyi bildirilir.
Yenilənmə çərçivəsində bəzi icra başçılarının postunu tərk edəcəyi vurğulanır. Bu proses seçkilərdən sonra payız aylarında da davam etdirilməsi gözləniləndir. Uzun müddətdir vəzifədə olan və artıq dövlətin yürütdüyü genişmiqyaslı daxili siyasətlə ayaqlaşa bilməyən icra başçılarının vəzifəsindən uzaqlaşdırılacağı haqda deyilənlər xeyli məntiqli görünür.
XALQ.AZ-a daxil oan məlumatda qeyd olunur ki,vəzifədən gedəcək və yaxud yeri dəyişdiriləcək icra başçıları ilə bağlı artıq təftiş prosesi başlanılıb. Məlumata görə, ilkin mərhələdə yaşı 70-dən yuxarı olan icra başçılarının vəzifədən azad edilməsi nəzərdə tutulur.
Parlament seçkilərinə qədər bu icra başçıları vəzəfədən azad olunması proqnozlaşdırılır: Belə ki, Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə – 1947-ci ildə doğulub, 77 yaşı var. 2007-2009-cu illər Qax rayon icra hakimiyyətinin başçısı olub. 15 ildir ki, Zaqatalanın başçısı vəzifəsini çalışır. Vəzifəsindən azad olunacaq digər başçı isə Sumqayıt şəhərinin icra hakimiyyətinin başçısı Zakir Fərəcovdur – 1954-cü ildə doğulub, 70 yaşı var. Zakir Fərəcov 2005-2015-ci illərdə Abşeron rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb 2015-ci ildən Sumqayıt şəhəri icra hakimiyyətinin başçısıdır. 19 ildir ki, icra başçısı vəzifəsində çalışan Zakir Fərəcov səhhəti ilə bağlı müalicə olunduğuda bildirilir. Məlumatda bildirilir ki, dəyişiklik bununla yekunlaşmayacaq.
Tehsil-press.az