Forum çərçivəsində ADNSU ilə Mərkəzi Asiya Universiteti arasında qarşılıqlı akademik və elmi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş Anlaşma memorandumu imzalanıb.
Sənədə əsasən, tərəflər professor-müəllim heyəti və tələbə mübadiləsi, birgə tədqiqat və təhsil layihələrinin hazırlanması və icrası, elmi nəticələrin birgə nəşri, konfranslarda iştirak, həmçinin akademik materialların mübadiləsi kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.
Memorandumda hər bir layihə üçün büdcə və icra mexanizmlərinin ayrıca razılaşdırılması, əqli mülkiyyət hüquqlarının qorunması və tərəflərin fəaliyyətlərini əlaqələndirəcək məsul şəxslərin təyin edilməsi nəzərdə tutulub və birgə görüləcək işlərlə bağlı konkret hədəflər müəyyən olunub.
Tehsil-press.az





