Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada idarənin sürücüsü kimi işə başlayan Qarabağ müharibəsi veteranı, Şabran rayonu, Çölquşçu kəndində yaşayan Şərifov Elmar Vüqar oğlu şikayətçidir.
Tribunainfo.az-a şikayətini bildirən veteran məmur özbaşınalığı ilə üzləşdiyini açıqlayıb.
Elmar Şərifovun sözlərinə görə, 6 ildən artıq MAXE (Müddətdən artıq hərbi qulluqçu) kimi qüsursuz hərbi xidmət efib, Füzulinin, Cəbrayılın, Hadrutun və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
O, xidmətdən tərxis olunduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada idarənin sürücüsü kimi əmək fəaliyyətə başlayıb.
Şikayətçinin sözlərinə görə, işlə təmin olunmağına sevinsə də, bu sevinci uzun çəkməyib: “Açığı, müharibədə döyüşərkən, elə bilirdim ki, dövlətimizin və xalqımızın düşmənləri təkcə cəbhənin o tərəfində, önümüzdəki erməni separatçılarıdır. Lakin bu qurumda işə başladıqdan sonra anladım ki, xalqımızın əsl və ən məkrli düşmənləri elə arxa cəbhədə, mülki həyatda imiş. Belə ki, İdarənin əməkdaşlarını iş saatlarında xidməti zərurətlə bağlı DOST 5 və digər inzibati binalara aparıb-gətirmək üçün istifadəmə idarənin balansında olan Mersedes E class 90-AO-790 dövlət nömrə nişanlı avtomobil təhkim edilsə də, Milli Observatoriyanın (əslində antiMilli) İdarə Heyətinin üzvü Hasil Vasif oğlu Abbasov məni sözün həqiqi mənasında qul kimi işlətməyə, dövlətin avtomobilini və yanacağını, habelə məni şəxsi məqsədləri üçün istismar etməyə başladı. Belə ki, əmək müqaviləsinə əsasən iş vaxtım 18.30-da bitməli olduğu halda alkoqolik, yüngül və melanxolik həyat tərzi keçirən Hasil Abbasov demək olar ki, hər gün gecə saat 2-4 radələrində mənə zəng edir, içkili olduğunu, idarənin avtomobili ilə gəlib onu götürməli olduğumu deyir, mən də məcburiyyət qarşısında qalıb onu adətən barlardan, kafelərdən, restoranlardan götürməli olurdum. Bəzi hallarda isə idarənin avtomobilini özü ilə bara, kafeyə və s. apardığından, gecə saat 2-4 radələrində ictimai nəqliyyat işləmədiyindən öz vəsaitim hesabına taksi ilə onun olduğu “meyxanaya” gedib “şərab əhlini” evinə gətirməli olurdum. Gün ərzində demək olar ki, söhbət etməkdən, yutubda müxtəlif filmlərə baxmaqdan və siqaret çəkməkdən başqa heç bir iş görmədiyi halda əsassız olaraq 10 min manata yaxın maaş alan Hasil Abbasov ən azından cibindən çıxarıb heç taksi pulumu da ödəmirdi. Bəzi hallarda isə gecə saat 3-4-də restoranlarda yeyib-içib idarəyə məxsus avtomobilin açarlarını “parkovşik”ə verib, mənə zəng edib avtomobili Neftçilər ərazisindən götürməyi tapşırırdı. Beləcə gecəm gündüzə, gündüzüm gecəyə qarışmışdı. İdarəyə, dövlətə can yandırmaqdan ağız dolusu populistcəsinə danışan Hasil Abbasov dövlət idarəsinin sürücüsünü, dövlətin avtomobilini, yanacağını şəxsi məqsədləri üçün istismar edirdi”.
Müharibə veteranı bildirib ki, gecələrlə yanaşı, gündüzlər də Habil Abbasov istismarı davam etdirib: “Məni nəinki iş saatlarından sonra, iş saatlarında da müxtəlif şəxsi məqsədləri üçün (ailəsini hardansa götürmək, uşağı məktəbdən götürmək, ona aid nəyisə hardasan almaq və s.) istismar etməkdə idi. Bütün bunlarla kifayətlənməyən Habil Abbasov qeyri-iş günlərində, şənbə- bazar günləri də məni və dövlətin avtomobilini şəxsi məqsədləri üçün istismar edirdi. Həftə içi onu gecə saatlarında “meyxanalardan” götürməkdən yuxu rejimim və sağlamlığım o qədər pozulmuşdu ki, bir gün şənbə günü məhz onun tapşırığı ilə, yenə də onun şəxsi işlərini icra etmək üçün gedəndə 20 Yanvar dairəsi adlanan ərazidə yorğunluqdan qəza törətdim və H.Abbasovun tələbi ilə təxminən öz vəsaitim hesabına 400 manat xərc çəkərək avtomobili təmir etdirdim. Danışanda vicdandan pafoslu cümlələr quran H.Abbasov isə 1 qəpik də olsa mənə kömək etmədi və mən borc-xərc hesabına, maddi-məişət şəraitim (daha doğrusu şəraitsizliyimin) acınacaqlı olmasına və kirayədə yaşamağıma baxmayaraq avtomobili özüm təmir etdirməli oldum. Təbii ki, bütün bunları Habil Abbasov Milli Observatoriyanın İdarə Heyətinin sədri Səfərli Elnur Novruz oğlunun və onun himayəçisi Nazirliyin Strateji planlaşdırma şöbəsinin müdir müavini Rəşad Zalovun, həmçinin həmin şöbənin müdiri Əliyev Sadiq Cabir oğlunun himayəsi ilə edirdi. Çünki, idarənin digər sürücüsü də idarənin işlərindən daha çox Rəşad Zalovun uşağını məktəbə aparıb gətirməklə məşğul idi. Hətta bir dəfə avtomobillə DOST-5 ə idarənin işi üçün xidməti zərurətlə bağlı qurumun əməkdaşlarını aparanda, H.Abbasov məni buna görə danlamışdı.
Cidanı çuvalda gizlətmək mümkün olmadığı kimi, H.Abbasovun da bu əməllərinin bir gün aşkar olacağını, bu zaman mənim də başımın ağraya biləcəyini ona bildirdikdə mənə əminliklə demişdi ki, “Narahat olma, burada bu məsələni bilib səsini çıxara biləsi 3-4 nəfər var – Faiq Musayev (Keyfiyyətə nəzarət), Kamran Rəhimov (İqtisadiyyat şöbəsinin müdiri), Qaya Əliyev (Hüquq və daxili nəzarət departamentinin müdiri) və b. Onları da burdan hərəsini bir cür vedrə qoşub uzaqlaşdıracağıq, sən sadəcə onlarla ünsiyyətdə olma, onlardan uzaq ol”, – deyirdi. Bütün bu baş verənlərin meydana çıxmaması, ört-basdır olunması, “isti izlərin itirilməsi” üçün Hasil Abbasovun təşəbbüsü ilə Elnur Səfərli mənim əmək müqaviləmə müdddətinin başa çatması əsası ilə xitam verdi.
Hazırda aylardır ki, işsiz, qazancsız, himayə etməli olduğum valideynimin himayəsində çıxılmaz vəziyyətdə yaşamaqdayam. Məruz qaldığım bu istismar, haqsızlıq və qanunsuzluqlar nəticəsində həyata, yaşamağa bütün ümidlərimi itirdim. Başa düşdüm ki, bu uğrunda canımı, qanımı fəda etməyə hazır olduğum, dəfələrlə uğrunda ön cəbhədə ölümlə üz-üzə gəldiyim bu vətən sən demə bizim yox, Hasil Abbasov, Elnur Səfərli kimilərin imiş, onlar bu vətəndə ağa, biz isə kölə imişik.
Başa düşürəm ki, vətən qarşısında 1 illik icbari hərbi xidmətini belə etməkdən yayınmış, “dezertir” Elnur Səfərli hardan biləcəkdi oddan-alovdan keçmiş, həyatını təhlükəyə atmış bir vətən fədaisinin, müharibə veteranının dəyərini?
Görün bir məmurun qudurğanlığına, harınlığına və acgözlüyünə baxın ki, aylarla işçini, özü də müharibə veteranını onun maddi vəziyyətinin ağır olmasından və işə möhtac olmasından sui-istifadə edib aylarla gec-gündüz şəxsi keyfin, zövqün və əyyaş həyat tərzin üçün istifadə edəsən, bununla yanaşı dövlətin avtomobilini, dövlət büdcəsinin vəsaiti hesabına alınan yanacağı bu məqsədlə istismar edəsən və bütün bunlar ifşa olunarkən özünü sudan quru çıxarmaq üçün bir vətəndaşın çörəyinə, iş yerinə bais olasan”.
“Biz döyüş anında, cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi “həqiqət anında” vətəni, dövləti canımızla, qanımızla xarici düşmənlərdən qoruduq, sinəmizi sipər etdik, indi növbə dövlətimizindir, ümid edirəm ki, dövlətimiz bizi belə daxili düşmənlərdən qoruyacaq. Ümid edirəm ki, uğrunda canımızı fəda etdiyimiz bu dövlət bizi haqsızlıq, ədalətsizlik, harın məmur özbaşınalığı, yoxsulluq, işsizlik qarşısında aciz buraxmayacaq”.
Tehsil-press.az