“Növbəti illərdə peşə təhsili sistemində olan müəllimlərin attestasiyası və ya sertifikatlaşdırılması həyata keçirilə bilər”.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib. O bildirib ki, cari ildə peşə təhsilində çalışan müəllimlərin sertifikasiyası nəzərdə tutulmur. Qeyd edək ki, hazırda sertifikasiya orta ümumtəhsil məktəblərində çalışan müəllimlər arasında keçirilir.
Ancaq bu gün universitetlərdə tədris səviyyəsinin qənaətbəxş olmadığı, dərslərin ancaq köhnə proqramlar əsasında təşkil olunduğu, müasir təcrübələrə əsaslanmadığı, nəticədə məzunların yüksək bilik əldə edə bilmədiyi və nəhayət, bu səbəbdən əmək bazarından yararlana bilmədiyi deyilir.
Bu baxımdan mütəxəssislər universitetlərdə də müəllimlərin sertifikasiyaya cəlb olunması ilə bağlı çıxış edirlər.
Təhsil üzrə ekspert Elşən Qafarov “Cebheinfo.az”-a bildirib ki, istənilən ölkənin təhsil sisteminin keyfiyyət göstəricilərinin əsas meyarlarından biri də orada müəllimlərin peşəkarlığı, elmi-pedaqoji səviyyəsi əsas meyarlardan biridir:
“Bu peşəkarlığı ölçmə səviyyəsi müxtəlif ölkələrdə fərqlidir. Məsələn, bizdə attestasiya, sertifikasiya, lisenziya var.
Azərbaycanda müəllimlərin sertifikasiyasını əsas götürmüşük. Bu da ümumtəhsil məktəblərinin pilləsindən başlayır və proses hələ davam edir.
Bu ilin sonu və növbəti ilin əvvəli üçün məktəb direktoru, direktor müavinləri, idarəetmə vəzifələrində çalışanların sertifikatlaşdırma proseslərinə cəlbi gözlənilir. Bu proses ümumtəhsil pilləsində 2026-cı ilədək tamamilə bitəcək. Ancaq sertifikasiya dayanan proses deyil. Çünki hər il yeni işə qəbul olunub 3 ili tamam olunanlar, sonra sosial məzuniyyətdən geri qayıdıb 1 ili tamam olanlar sertifikasiyadan keçəcəklər.
Proses 2022-ci ildən başlayıb. Əvvəlcə ibtidai sinif, 2023-cü ildə Azərbaycan dili və ədəbiyyat, 2024-cü ildə xarici dil və riyaziyyat müəllimlərinin sertikatlaşdırılması təşkil olunub, qarşıda direktor və direktor müavinlərinin sertifikatlaşdırılması və növbəti illərdə yerdə qalan digər müəllimlərin sertifikatlaşması keçiriləcək.
Artıq məktəbəqədər təhsil müəssisələrində çalışanların da sertifikatlaşdırılması ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Bu ilin sonundan məktəbəqədər təhsil müəssisələrində çalışanların sertifikatlaşdırma prosesi başlayacaq. Artıq bu iki pillədə proses başa çatan kimi peşə təhsili və ali təhsil, digər orta ixtisas təhsili müəssisələrində təhsilverənlərin sertifikatlaşdırılması gözlənilir”. Ekspertin sözlərinə görə, sertifikatlaşdırmanın aparılması təhsil sistemində keyfiyyət göstəricilərinin əsas meyarlarından biridir:
“Düşünürəm ki, bu prosesin aparılma mexanizmi, hər pillədə qaydalar fərqlidir. Bunun üçün qaydaların təsdiq olunmasını gözləyək. Qaydalar təsdiq olunduqdan sonra artıq görəcəyik ki, proses necə gedəcək.
Sertifikatlaşma dünyanın əksər ölkələrində bir ildən bir aparılır. Burada təkcə imtahanın nəticələri yox, müəllimin təhsil müəssisəsində əldə etdiyi nəticələr də oraya əlavə olunur.
Bizdə hələ proses yenidir və çox güzəştli şəkildə həyata keçirilir.
Zamanla biz də dünya təhsil sisteminə inteqrasiya olunduqca sertifikasiya, müəllim peşəkarlığının yoxlanması ilə bağlı milli təhsil sisteminin öz mexanizmləri olacaq və bizi dünaynın aparıcı təhsil sistemindən birinə çevrilməyə kömək edəcək. Sertifikasiyanın ali təhsil müəssisələrində də keçirilməsi mümkündür”.
Ekspert bildirib ki, universitetlər özləri sertifikasiyanı keçirməlidirlər:
“Nazirliyin mərkəzləşmiş qaydada universitetdə təhsilverənlərin sertifikasiyanı aparması doğru deyil. Digər pillələrdə ola bilər. Çünki universitetlər müstəqil qurumlardır və xaricdə belədir. Bizdə isə dövlət qurumudur. Zamanla bizdə də universitetlərə müstəqillik veriləcək. Ancaq qaydalar müəyyən oluna bilər və həmin qaydalar üzrə hər universitet sertifikasiyanı özü keçirə bilər.
Nəticə etibarilə həmin universitetin akkeditasiya şərtlərindən biri də o ola bilər ki, orada işləyən təhsilverənlər sertifikasiyadan keçibmi və keçibsə, hansı nəticələri göstərib. Hər bir universitet müstəqil şəkildə sertifikasiyada keçirilməlidir. İstənilən halda peşəkarlıq yoxlanılmalıdır. Ümumilikdə növbəti mərhələdə sertifikasiyanın üç ildən bir, sonrakı illərdə isə dünya təhsil sisteminə olduğu kimi bir ildən bir keçirilməsi gözlənilir.
Ancaq növbəti sertifikasiyanın üç ildən bir keçiriləcəyi ilə bağlı Elm və Təhsil Nazirliyi anons vermişdi”.
Təhsil eksperti Vüsal Kərimli isə bildirib ki, universitet müəllimlərinin sertifikatlaşdırılması onların elmi dərəcəsi, elmi aktivliyidir:
“Yəni bununla ölçülür. Bu da universitetlərdə diferensial əməkhaqqı sisteminin tətbiqi ilə müəyyənləşir. Universitet müəllimləri dünyanın heç bir yerində sertifikatlaşdırılmır. Beynəlxalq universitetlər müəllimləri işə götürən zaman sertifikat tələb edə bilərlər və edirlər. Ancaq ümumiyyətlə, universitet müəllimlərinin peşə sertifikatlaşdırılmasına cəllb edilməsi qeyri-peşəkar yanaşmadır və gülünc əks-səda verə bilər”.
Tehsil-press.az