Azərbaycan xalqı həmişə ona şöhrət gətirən görkəmli elm xadimləri, bacarıqlı alimləri ilə öyünüb, fəxr edib. Belə elm xadimləri sırasında ulu öndər Heydər Əliyevin “...Onun bizim üçün və gələcək nəsillər üçün qoyduğu irs milli sərvətimiz, milli iftixarımızdır” deyə haqqında danışdığı akademik Mustafa bəy Topçubaşovun xüsusi yeri var.
Mustafa bəy Ağabəy oğlu Topçubaşov 1895-cı il avqustun 5-də qədim Azərbaycan torpağı olan, sonralar isə erməni daşnakları tərəfindən mənimsənilən və onlar üçün paytaxt elan edilən İrəvanda dünyaya göz açıb. XIX əsrin sonu- XX əsrin əvvəllərində İrəvanda dini məktəblərlə yanaşı, dünyəvi savad verən yeni tipli məktəblər də açılmışdı. Dövrünün mütərəqqi ziyalıları tərəfindən açılan bu yeni məktəblərdə təbiət, coğrafiya, hesab, dil dərsləri əsas fənn kimi keçirilirdi. Balaca Mustafanın dünyaya gəldiyi ailədə elmə, maarifə marağın böyüklüyündən və həm də bu azyaşlı uşağın oxumağa çox ciddi meyilliliyindən, onu bu dövrdə yenicə yaranan, görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun azyaşlılar üçün açdığı məktəbə qoyurlar.
1904-cü ildə ibtidai təhsilini başa vuran Mustafa Topçubasov İrəvanda fəaliyyət göstərən rusdilli kişi gimnaziyasında orta təhsilini davam etdirməyə başlayır və 1914-cü ildə təhsilini başa vurur. Hələ məktəb illərindən elmi biliklərə yiyələnməyə meyilli olan Mustafa bəy Azərbaycanın maarifpərvər oğulları tərəfindən yaradılan İrəvan gimnaziyasını bitirdikdən sonra Kiyev Darülfünunun tibb fakültəsinə daxil olub. Gələcək alimin tələbəlik illəri tarixin ən çətin dövrlərindən birinə - I Dünya müharibəsinin getdiyi, Rusiyada çar üsul-idarəsinin devrildiyi və Oktyabr İnqilabının baş verdiyi illərə təsadüf edib. Vətəndən uzaqlarda təhsil alan gənc möhkəm iradə və dözüm nümayiş etdirərək tibbi biliklərə tam yiyələndikdən sonra - 1919-cu ildə Azərbaycana qayıdıb. Mustafa bəy elə həmin ildə Bakı Dövlət Universitetinin tibb fakültəsində işə dəvət olunub. O dövrdə Azərbaycanda kəskin surətdə milli tibb kadrlarının qıtlığı hökm sürürdü.
Mustafa Bəy BDU-nun tibb fakültəsində fəaliyyətə cəlb edilən ali tibb təhsilinə malik ilk milli kadr olub.
M.Topçubaşov 1926-cı ildə bir qrup gənc həkimlərlə birlikdə Almaniyaya elmi ezamiyyətə göndərilən və oradan qayıtdıqdan sonra doktorluq dissertasiyasını müdafiə edən ilk milli kadrlardan biri kimi də iz qoyub. Gənc alim 1930-cu ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsinə və professor elmi adına layiq görülüb. Elə həmin ildə o, Azərbaycan Dövlət Tibb İnstitutunun fakültə cərrahlığı kafedrasının müdiri vəzifəsində işləməyə başlayıb. Bacarıqlı alim 1981-ci ilə qədər həmin kafedranın müdiri vəzifəsini şərəflə yerinə yetirib, bu yolda həm elmi, həm təlim-tərbiyə, həm də ictimai həyatda misilsiz xidmətlər göstərib, adını ölkəmizin səhiyyə tarixinə yazmışdır.
Akademik Mustafa bəy Topçubaşov daim yeniliklərə can atır, bir-birinin ardınca cərrahiyyədə möhtəşəm ixtiralar, yeniliklər edir, dünya tibb elmini yeni nailiyyətlərlə zənginləşdirirdi. O, 1938-ci ildə "Analgezin" adlı efir-yağ ağrikəsicisini və ondan istifadə üsulunu kəşf etdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığının Elmi-Tibbi Şurasının Farmakologiya Komitəsinin iclasında Topçubaşovun kəşf etdiyi sürəkli analgeziyada istifadə olunan efir-yağ qarışığının "Analgezin" adı altında buraxılmasına icazə verilmişdir. Təklif olunan efir-yağ qarışığı (ağrıkəsici) inyeksiyalarından təkcə cərrahi əməliyyatlarda deyil, həm də öddaşı sancıları, travmatik şok, tetanus, doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə olunurdu. 1964-cü ildə SSRİ miqyasında bu üsulun tətbiqində qazanılan uğurlu nəticələrə görə akademik M.Topçubaşov keçmiş SSRİ dövründə elm adamlarına verilən, ən yüksək mükafatlardan olan A.Vişnevski adına mükafata layiq görülüb.
Mustafa bəy Topçubaşov SSRİ-də ilk dəfə olaraq evakohospitalların ixtisaslaşdırılması və növbələşdirilməsinin təşəbbüskarı kimi çıxış edib, müharibə illərində (1941-1945) hərbi-səhra cərrahiyyəsi işinin təşkilində bu üsuldan geniş istifədə olunub. Evakohospitallarda apardığı çoxsaylı əməliyyat və müşahidələr M.Topçubaşova öz konstruksiyası əsasında portativ stereoskopik aparat yaratmağa imkan verib. O, bir-birinin ardınca mürəkkəb cərrahi əməliyyatlar apararaq yüzlərlə döyüşçünü həyata qaytarıb.
Müharibə illərində periferik sinir zədələnmələrinin cərrahi müalicəsində onun təklif etdiyi bir sıra yeni preparatların tətbiqinə geniş yer verilib. Bütün bunlar onu nəinki respublikamızda və keçmiş SSRİ-də, eləcə də dünya tibb elmi sahəsində məşhurlaşdırıb, virtuoz cərrah kimi tanıdıb. 1940-cı ildə M.Topçubaşova Əməkdar elm xadimi fəxri adı verilib, 1943-cü ildə isə o, Dövlət mükafatı laureatı olub. Azərbaycan SSR Elmlər Akademiyasının ilk 15 həqiqi üzvündən biri olan Mustafa Bəy Topçubaşov, eyni zamanda, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyasının) yaradıcılarından, təsisçilərindən idi.
Akademik M.Topçubaşov 1945-50-ci illərdə respublikanın baş cərrahi və Azərbaycan SSR Səhiyyə Nazirliyi Tibb Xidməti İdarəsinin sədri vəzifəsini yerinə yetirib, 1947-49-cu illərdə Eksperimental Təbabət İnstitutuna rəhbərlik edib. O, 1949-cu ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1960-cı ildə isə həqiqi üzv seçilib.
Mustafa bəy 1951-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olub və 1952-ci ildə Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü, 1954-cü ildə XI Lissabon Konqresində Ümumdünya Cərrahlar Assosiasiyasının üzvü seçilib. O, Ümumittifaq Cərrahlar Cəmiyyətinin üzvü, Vişnevski adına Cərrahlar Cəmiyyətinin fəxri üzvü, Respublikada Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin sədri, Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri, SSRİ Böyük Tibb Ensiklopediyasının redaktorlarından biri, "Abdominal cərrahiyyə" jurnalının redaktoru, respublika və İttifaq miqyaslı elmi-tibb jurnallarının redaksiya heyətlərinin üzvü olub.
1956-cı ilin sentyabrında M.Topçubaşov Berlində Cərrahların Beynəlxalq Konqresində sovet tibb elmini təmsil edən görkəmli alim, novator-cərrah kimi çıxış edib. Onun "Öddaşı xəstəliyinin efir-yağ keyitməsi ilə müalicəsi" mövzusundakı məruzəsi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Məruzə əsasında tərtib edilən elmi məqalə həmin ildə Leypsiqdə çıxan beynəlxalq tibb jurnalında dərc olunub.
Mustafa Bəyin tələbələri respublikada və onun hüdudlarından kənarda bacarıqlı cərrah kimi fəaliyyət göstərir, müəllimlərinin adına layiq çalışırlar. Onun rəhbərlik etdiyi klinikada müasir cərrahiyyənin problemləri, öd yollarının, xərçəng xəstəliyinin cərrahiyyəsi, travma məsələləri, bərpa cərrahiyyəsi və s. problemlər üzərində daim axtarışlar aparılıb.
Ömrünün 62 illik əmək fəaliyyəti dövründə akademik M.Topçubaşov 100 mindən artıq uğurlu cərrahiyyə əməliyyatı aparıb. Onun gərgin elmi və praktik fəaliyyəti ilə yanaşı, tibb kadrlarının hazırlanması işində böyük xidmətləri var. O, 300-dən artıq elmi işin və elmi-kütləvi məqalənin, 8 monoqrafiyanın, "Xüsusi cərrahlıq" adlı beşcildlik dərsliyin və dərs vəsaitlərinin müəllifi olub. Onun rəhbərliyi altında 12 elmlər doktoru və 30 elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
Bakıda inşa edilən Akademiya şəhərciyi, həmçinin, hazırda akademik M.Topçubaşovun adını daşıyan Elmi-Cərrahiyyə Mərkəzi, AMEA-nın nəşriyyatı və mətbəəsi bilavasitə Mustafa bəyin təşəbbüsü və rəhbərliyi ilə yaradılıb. Akademik M.Topçubaşov görkəmli ictimai xadim və bacarıqlı təşkilatçı kimi respublikada çox əhəmiyyətli işlər görüb. O, uzun müddət respublika Ali Sovetinin sədri vəzifəsində çalışıb, SSRİ Ali Sovetinin deputatı olub, Azərbaycan KP MK bürosu üzvlüyünə namizəd seçilib.
Akademik M.Topçubaşov 1950-ci ildən ömrünün sonunadək Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədri, Sovet Sülhü Müdafiə Komitəsinin, Asiya və Afrika Ölkələri ilə Həmrəylik Komitəsinin üzvü olub. Bu sahədə gördüyü ardıcıl və səmərəli fəaliyyətinə görə o, 1959-cu ildə Ümumdünya Sülh Şurasının gümüş medalı və Sovet Sülhü Müdafiə Komitəsinin fəxri fərmanları ilə təltif edilib.
1975-ci ildə anadan olmasının 80 illik yubileyi ərəfəsində SSRİ-nin ali mükafatına - Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülən akademik M.Topçubaşov çoxillik məhsuldar fəaliyyətinə, xalqın rifahı naminə göstərdiyi əvəzsiz xidmətlərinə göra 4 dəfə Lenin Ordeni, Bolqarıstanın III dərəcəli "Kirill və Mefodi" ordeni, eləcə də "Qırmızı əmək bayrağı", "Şərəf nişanı", "Qızıl ulduz", "Oktyabr İnqilabı" ordenləri, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə", "Fədakar əməyə görə" medalları ilə, SSRİ-nin "Sanitar müdafiəsi əlaçısı" döş nişanı və çoxsaylı digər mükafatlarla təltif edilib.
Tibb elminin inkişafinda misilsiz xidmətləri olan, SSRİ-nin varlığı zamanı beynəlxalq aləmdə sovet alimi kimi tanınan, insanlara tibb və səhiyyə xidmətləri göstərdiyi 62 illik yaradıcı fəaliyyəti dövründə 30 ilə yaxın bir müddətdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışan, 51 il Azərbaycan Dövlət Tibb İnstitutunun fakültə cərrahlığı kafedrasına rəhbərlik edən, elmi kəşf və ixtiraları, tədqiqat işlərinin nəticələri tibbi təcrübəyə tətbiq edilən Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında 31 iyul 1995-ci il tarixində sərəncam imzalayan Ümummilli liderimiz dahi Heydər Əliyev həmin yubiley gecəsindəki möhtəşəm çıxışında demişdi: "Mustafa bəy Topçubaşovun həyat yolu, yaradıcılığı, onun bizim üçün və gələcək nəsillər üçün qoyduğu irs milli sərvətimiz və milli iftixarımızdır... Mustafa bəy XX əsrdə Azərbaycanın ən görkəmli şəxsiyyətlərindən biridir".
1995-ci ilin yubiley təntənələrinin davamı kimi Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Elmlər Akademiyası və SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı Mustafa bəy Ağabəy oğlu Topçubaşovun anadan olmasının 100 illiyi münasibətilə ATU-nun III Cərrahi xəstəliklər kafedrasında - 51 il çalışdığı iş otağında (Əfəndiyev adına 2 saylı şəhər xəstəxanası) Xatirə Muzeyinin təntənəli açılışı olub. Hazırda muzey öz fəaliyyyətini davam etdirir.
M.Topçubaçov geniş dünyagörüşü, hərtərəfli biliyi və yüksək musiqi zövqü olan bir şəxs idi. Azərbaycanın görkəmli şairləri Səməd Vurğun və Süleyman Rüstəm ilə, həmçinin görkəmli incəsənət xadimləri Müslüm Maqomayev və Bülbül ilə dostluq əlaqələri olub. Üzeyir bəy istedadlı həkim dostunu "təbabətin filosofu və bəstəkarı" adlandırırdı. İştirak etdikləri məclislərin birində dahi bəstəkar demişdi: "Əgər təbabəti musiqi kimi səsləndirmək mümkün olsa idi, bizim Mustafa bəy təbabət musiqisinin ən böyük bəstəkarlarından biri olardı".
Dünya şöhrətli alim M.Topçubaşov 1981-ci il noyabrın 20-də Bakı şəhərində vəfat edib.
Görkəmli alim, ictimai-siyasi və dövlət xadimi, akademik Mustafa bəy Topçubaşovun həm indiki, həm də gələcək nəsillərə örnək olan zəngin irsi daim yaşayacaq.
Tehsil-press.az

Fariz Camalov
III Cərrahi Xəstəliklər kafedrasının müdiri, tibb elmləri doktoru, professor
Şəfa Əliyev
III Cərrahi Xəstəliklər kafedrasının dosenti, Akademik M.A.Topçubaşov Xatirə muzeyinin rəhbəri.