Ərəblər Juniordan sonra onun üçün gəldilər - Razılıq verdi

Ərəblər Juniordan sonra onun üçün gəldilər - Razılıq verdi Səudiyyə Ərəbistanı klubu Vinisius Juniora 1 milyard avroluq təklifdən sonra “Real Madrid”in daha bir futbolçusuna təklif irəli sürüb.

Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondu Eder Militaoya fantastik müqavilə təklif edib. Xarici KİV-lərin məlumatına görə, 500 milyonluq sərbəst qalma məbləği olan futbolçuya təklif təqdim edilib. İddialara görə, futbolçu təklifi rədd etməyib və tərəflər danışıqlar aparır.

Qeyd edək ki, Eder Militaonun “Real Madrid”lə müqaviləsi 2028-ci ildə bitir. Vinisius Juniorun isə Səudiyyə Ərəbistanı İctimai İnvestisiya Fondunun təklifini qəbul etmədiyi deyilir.

Tehsil-press.az

Oxşar xəbərlər