Səudiyyə Ərəbistanı 12 ölkə ilə elektron viza tətbiqinə başlayır

Səudiyyə Ərəbistanı 12 ölkə ilə elektron viza tətbiqinə başlayır Səudiyyə Ərəbistanı 12 ölkədə iş, səfər və yaşayış vizalarının QR kodlu A4 kağızı üzərində veriləcəyini açıqlayıb. Bu barədə Səudiyyə Ərəbistanı Mülki aviasiya idarəsi məlumat yayıb.
Məlumatda Türkiyə, Pakistan, Yəmən, Sudan, Uqanda, Livan, Nepal, Kenya, Mərakeş, Tailand, Vyetnam və Sri-Lankadakı səfirlik və konsulluqlarda elektron viza tətbiqinə başlanıldığı bildirilir. Qeyd olunub ki, qərarın icra tarixi ölkələrə görə fərqlidir və Türkiyə üzrə icraya avqustun 16-dan başlanılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər