Sentyabrın 15-də yeni tədris ili başlayır. Elə həmin ərəfədə paytaxtımızda Formula-1 yarışları keçiriləcək. Bununla əlaqədar Bakının mərkəzi və kənar yolları təmir edilir, həmçinin COP29-a hazırlıq görülür.
Bəs bu təmir, hazırlıq nə vaxta kimi davam edəcək?
Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, infrastruktur yenilənməli, ehtiyac olan yerlərdə yollar, səkilər və s. təmir olunmalıdır.
Ekspert yaxın günlərdə təmirin başa çatdığına ümid etdiyini bildirib:
“Ümid edirəm ki, yeni dərs ili başlayana qədər təmir də bitmiş olar. Çünki dərs ili müddətində yollarda belə proseslər baş verəndə ağır nəticələr olur, hərəkət intensivliyinə təsir göstərir. O baxımdan inanıram ki, 15 sentyabra qədər bu işlər bitəcək. Düzdür, COP29-la əlaqədar əhatəli işlər aparılır, amma yəqin, mərkəzi küçələrdən ən azından vaxtında bunu kənarlaşdıra biləcəklər ki, görülən işlər insanların hərəkətinə mane olmasın”.
E.Muradlının fikrincə, təmir hansısa formada olmalıdır:
“Təmir işləri gündüz aparılmasın, gecə aparılmasın, filan vaxt aparılmasın və s. deyilir. Hər kəsin bir arzusu, istəyi var. Hamı da istəyir ki, onun arzusuna, istəyinə uyğun iş görülsün, o dediyi olsun. Bu da bir az çətindir. Əgər dövlət bu tədbirin Azərbaycanda keçirilməsində maraqlıdırsa, bu qədər xərc çəkilirsə, deməli, burada dövlətimiz üçün vacib elementlər var. Ona görə məsələyə bir az səbirlə, təmkinlə yanaşmaq lazımdır. Əsas odur ki, həmin yollar təmir olunduqdan sonra bizim istifadəmizdə qalacaq. COP29-la bağlı gələnlər bir aylıq və ya bir illik gəlmir. Maksimum iki həftəlik tədbir olacaq. Ondan sonra yollar da, infrastruktur da bir ömür boyu bizim istifadəmizdə olacaq. Sadəcə, səbirli olmağı tövsiyə edərdim. Amma bununla yanaşı, işlərin kor-koranə şəkildə aparılmaması da vacibdir”.
Tehsil-press.az