Azərbaycanda dövlət tərəfindən tətbiq edilən aqrar sığorta mexanizmi üçün yeni ekspertlərin hazırlanması üzrə növbəti təlimlər başa çatıb.
Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə keçirilən təlimlərdə ölkənin 33 bölgəsindən 75 namizəd iştirak edib.
Əyani və onlayn formatda təşkil edilmiş təlimlərdə bitkiçilik və heyvandarlıq sahələri üzrə müvafiq ixtisaslara malik olan şəxslər iştirak edib.
Təlimlərə Ağcabədi, Ağdam, Ağdaş, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəliləbad, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, İsmayıllı, Qazax, Qəbələ, Qobustan, Quba, Qusar, Lənkəran, Masallı, Mingəçevir, Oğuz, Sabirabad, Samux, Şəki, Şəmkir, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala rayonlarından olan mütəxəssislər qatılıb.
Təlimlərdə ölkəmizdə tətbiq olunan aqrar sığorta mexanizmi, onun əhatə etdiyi risklər və məhsullar barədə geniş məlumat verilib.
Namizədlər əkin sahələri və heyvandarlıq təsərrüfatı üzrə risklər, onların təsərrüfatlara təsiri, təsərrüfatlara, o cümlədən meyvə bağları, taxıl sahələri, heyvandarlıq təsərrüfatlarına müxtəlif səbəblərdən dəymiş zərərlərin səbəblərinin araşdırılması, zərərin məbləğinin hesablanması üzrə zəruri biliklər əldə edib, Aqrar Sığorta İnformasiya Sisteminin fəaliyyəti ilə tanış olublar.
Bitkiçilik üzrə ekspertlər üçün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun sahələrində praktik sahə təlimləri də təşkil olunub.
Təlimləri başa vurmuş namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda iştirak etdikdən sonra müvafiq sertifikat alaraq fəaliyyətə başlaya biləcəklər.
Qeyd edək ki, bu il Aqrar Sığorta Fondu tərəfindən keçirilən yeni ekspertlərin hazırlanması üzrə təlimlərdə ümumilikdə 150-yə yaxın namizəd iştirak edib. Ekspertlərin hazırlanması üçün təlimlər davam edəcək.
Tehsil-press.az