Yaşadığımız texnologiya əsrində zaman keçdikə İT avadanlıqlarına olan ehtiyac və tələblər çoxalmaqda davam edir. Bir çox şəxs işlərini daha rahat görmək üçün bahalı İT avadanlıqları alır. Bəzən kreditlə alış edən vətəndaşlar bir müddət sonra krediti ödəyə bilmədiyi üçün məhsulu qaytarır, bəziləri isə öz bahalı İT avadanlığını lombarda pul götürmək üçün girov qoyur və ya satır. Beləliklə, texnoloji alətdə olan şəxsi məlumatlar da başqa birinə verilmiş olur.
Bəs şəxsi məlumatların bu şəkildə yayılması nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, bu yanaşma şəxsi məlumatların təhlükəsizliyi cəhətdən doğru deyil:
“Unutmamaq lazımdır ki, şəxsi telefon və kompüterlərimiz bu gün diş fırçası qədər “gigiyenikdir”. Bizim İT avadanlıqlarda şəxsi məlumatlarımız olduğuna görə onları qorumalıyıq, heç kəsə verməməliyik. Diş fırçamızı istifadə edilməsi üçün başqa şəxsə vermədiyimiz kimi şəxsi informasiya gigiyeniyamıza da xüsusi diqqət etməliyik”.
Ekspert qeyd edib ki, hətta telefonu və ya kompüteri format edərək kiməsə vermək olmaz:
“Silinən və ya formatlanan avadanlıq olsa belə, onda olan və bu günə qədər yaddaşa yazılmış bütün məlumatları texniki olaraq əldə etmək mümkündür. Kiməsə təhvil verilən kompüterin yaddaş avadanlığını çıxarıb, özünüzdə saxlamaq mümkün olsa da, bu, telefonlarda demək olar ki, mümkün deyil”.
Tehsil-press.az