Zaxarovanın Ermənistanla bağlı açıqlaması GÜNDƏM OLDU

Zaxarovanın Ermənistanla bağlı açıqlaması GÜNDƏM OLDU "Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin baş nazirinin Rusiya qoşunlarının İran və Türkiyə ilə sərhəddə yerləşdirilməsi zərurətinə yenidən baxılması barədə danışan bəyanatlarını yaxından izləmir".

News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

O qeyd edib ki, Rusiya sərhəd qoşunlarının Ermənistandakı statusunu tənzimləyən əsas sənəd qeyri-müəyyən xarakter daşıyır.

"30 ildən artıqdır ki, Rusiya sərhədçiləri Ermənistan Respublikasının sərhədlərini qoruyur və onların mövcudluğunun aktuallığını, xüsusən də sərhədi qanunsuz keçmənin və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaqla dəfələrlə təsdiqləyiblər". O, qeyd edib ki, sərhədçilərin Ermənistan ərazisindən getməsi respublikanın təhlükəsizliyinə mənfi təsir göstərəcək.

️Zaxarova onu da qeyd edib ki, Ermənistan parlamentinin spikeri belə məsələləri müzakirə etmək üçün kifayət qədər səriştəli deyil. Onun sözlərinə görə, bu məsələdə “həqiqətən Ermənistanın sərhədini qoruyan, yumşaq kreslolarda oturmayanlara” söz vermək lazımdır.

Tehsil-press.az

Oxşar xəbərlər