Sabiq polis rəisi sosial media paylaşımına görə həbs olundu

Sabiq polis rəisi sosial media paylaşımına görə həbs olundu Türkiyə Polisinin sabiq Kəşfiyyat İdarəsinin rəisi Sabri Uzun sosial media hesabında etdiyi paylaşım səbəbilə İstanbul Prokurorluğu tərəfindən başlanan istintaq çərçivəsində saxlanılıb.

Uzunun paylaşımının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqir xarakteri daşıdığı iddia edilir.

İstanbul Respublika Prokurorluğu Sabri Uzunun sosial şəbəkə platforması “X”də etdiyi paylaşımı araşdıraraq, onun Prezidentə qarşı təhqir ifadələri ehtiva etdiyini iddia edib. Prokurorluğun açıqlamasına görə, Uzun Ankara şəhərində saxlanılıb və hazırda istintaq davam edir.

Mübahisəli paylaşımda Uzun bu sözləri yazıb:
“Ata, İsrailə yanacaq və polad göndərdi, alqışlandı. Oğul, İsrailə etiraz etdi, alqışlandı. Belə bir millət demokratiyaya deyil, padşah idarəçiliyinə layiqdir. Təhsilsiz cəmiyyət belə olur.”

Sabri Uzunun Prezident Rəcəb Tayyib Ərdoğana qarşı təhqir iddiası ilə gündəmə gəlməsi ilk dəfə deyil. O, daha əvvəl də oxşar ittihamlarla müzakirələrin mərkəzində olub. Xüsusilə, 23 aprel tarixində etdiyi bir sosial media paylaşımı səbəbilə “Prezidentə təhqir”, “terror təşkilatının təbliğatını aparmaq” və “terror təşkilatına yardım etmək” iddiaları ilə saxlanılmışdı.

O paylaşımda Sabri Uzun İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu təbrik edərək bu ifadələri istifadə etmişdi:

“İnşallah, oğlum sıfırla demezsən, 750 milyon liralıq saat taxmazsın, 7 dənə pul qutun və pul sayma maşının olmaz. Allah çaşdırmasın.”

Son paylaşımın ardından Sabri Uzunun saxlanılması ictimaiyyət arasında müxtəlif reaksiyalara səbəb olub. İstanbul Respublika Prokurorluğu istintaqla bağlı əlavə məlumat paylaşmasa da, Uzunun siyasi xarakterli sosial media paylaşımlarının keçmişdə də oxşar araşdırmalara səbəb olduğu qeyd edilir.

Tehsil-press.az

Oxşar xəbərlər