Telekanalların səhər proqramları dünyanın bir çox ölkələrində mövcuddur və bu səhər proqramları çoxçeşidli formatlarda olsalar da, hamısında bir məqsəd var: səhər evdən işə yollanan adamların müəyyən dərəcədə ovqatını yüksəltmək, bununla bağlı həm də bütövlükdə medianın əsas vəzifələrini- bilgiləndirmək, maarifləndirmək, əyləndirmək funksiyalarını yerinə yetirmək. Səhər proqramlarının dünya təcrübəsində onların əksəriyyətinə xas olan tipoloji xarakter var və bu xarakter həmin proqramların daşıdığı missiyanı ümumiləşdirməkdədir.
Azərbaycan teleməkanında fəaliyyət göstərən səhər proqramları da, əsasən, bu missiyaya-tamaşaçının səhər ovqatına xidmət edir. Bu yerdə «əsasən» sözünü elə-belə işlətmədim. Çünki, bizim teleməkanda bəzi səhər proqramları bir sıra hallarda ağır xəstəliyin müalicəsindən tutmuş qanlı-qadalı avtomobil qəzalarınadək səhər ovqatını korlayan hər şeyi efirə çıxarmaqdan çəkinmir. Lakin elə səhər proqramları da var ki, sözün həqiqi mənasında, hər bir süjeti, reportajı, hadisələri seçimi, efirə estetik baxışı və digər peşəkarlıq keyfiyyətləri ilə tamaşaçının- işə yollanmağa hazırlaşan və hələlik çay süfrəsi arxasında tapdığı macal məqamında müəyyən dəqiqələrini teleekrana yönəldən adamın evdən bilgili, maarifli, əyləncə elementləri ilə çıxmasına xüsusi diqqət yetirir. Belə səhər proqramları sırasında «ATV - səhər» ayrıca yer tutur. Əlbəttə, bu proqramın ideyasından tutmuş icra elementlərinə qədər hər şey bütövlükdə ATV kanalının peşəkarlığına söykənir. Diqqətli tamaşaçı yaxşı hiss edir ki, bu kanalın ana xəbər formatını təşkil edən «ATV-xəbər» öz geniş və zəngin xəbər tematikası ilə telekanallar içərisində öncül yer tutur. Sensasiyadan uzaq, amma sensasiya qədər diqqət cəlb edən «ATV- xəbər» və onun törəmə proqramları ölkədə və dünyada baş verən olayları jurnalistikanın beynəlxalq yaradıcılıq prinsipləri çərçivəsində təqdim edir və bu günkü tələbkar tamaşaçını razı sala bilir.
Jurnalistikada «ictimai maraq» deyilən bir anlayış var və bu anlayış xüsusilə xəbərlərdə tətbiq olunmasını tələb edir. «ATV-xəbər» proqramı qaldırdığı və öz reportajlarında təqdim etdiyi problemlərdə ictimai maraq prinsipini mütləq şəkildə nəzərə almaqdadır. Həm də reportajlarda qaldırılan geniş tematika jurnalistin dəqiq, qərəzsiz, balanslı təqdimatı ilə xüsusi diqqət çəkir. Mükəmməl dünya təcrübəsinin bu prinsiplərinin peşəkarlıqla gerçəkləşdirilməsi ATV-nin lazım gələndə obyektə tənqidi münasibətinin səmimiliyini təmin etməkdədir. İddiasız, səmimi və ictimai maraq prinsipini əsas tutan kanalın ən sərt tənqidindən belə narazılıq halları olmur. Təkcə son günlərdə «ATV-xəbər» proqramının ölkədə manatın devalvasiyası, bankların qanunsuz olaraq kredit əməliyyatında yalnız dolları işlətməsi, qeyri-neft sektorunun inkişafına əngəl törədənlərin tənqid atəşinə tutulması və belə anlarda reportyorun yaxşı effekt verən şəxsi mülahizələri çox böyük səmərə göstərməkdədir. Martın 17-də «ATV-səhər»in «Şəffaflıq kimə sərf etmir?» sualı altında efirə çıxardığı analitik reportaj rüşvətin genezisi, xarakteri, rüşvət alanın da, verənin də eyni məsuliyyət daşıması, bəlanın aradan qaldırılmasının effektiv yolları və bütün bunlarla bağlı respondentlərin plüralizmi təmin edən fikirləri maraqlı bir səhnə yaratdı. Aparıcı bütün bunlara jurnalist şərhində ictimai mühitə maraqlı mesajları ilə yadda qaldı. Bu anda belə bir məqamı da xüsusi vurğulamaq olar ki, məhz «ATV-xəbər»in dolğun və zəngin, xüsusi kompozisiyalı xəbər təqdimatı «ATV- səhər»in xəbər yükünü azaldır və bu proqram ötənlərdən arxayın şəkildə öz tamaşaçısını xəbər yükündən daha çox maarifləndirmək və təbii olaraq, bir az da əyləndirmək amacı ilə diqqətdə saxlayır…
Amma hər şey proqramın aparıcısından asılıdır. «ATV-səhər»in aparıcısı Turan İbrahimovu teletamaşaçılar indiyədək bir sıra ampluada görüblər. Onların əksəriyyətində tamaşaçı rəğbətini qazanmış Turan İbrahimov «ATV-səhər»də daha orijinal və daha peşəkar görünməkdədir. Hər şeydən əvvəl qeyd edim ki, proqramın işçi komandası çox çevik və ideyanı peşəkarcasına gerçəkləşdirmək qabiliyyəti göstərir. Telekanalların bir çoxu belə proqramlarda internet resurslarından istifadə edir. Lakin «ATV - səhər»in fərqli cəhəti ondadır ki, burada təqdim olunan internet süjetləri, bir qayda olaraq, maarifçiliyə xidmət edir. Təhlükəli manevrlərlə yadda qalmaq istəyənlər də, oğurluq, quldurluq hadisələri də- hər şeyin nəticəsi mütləq qeyd olunur və nəticələrin hamısı tamaşaçını dürüst olmağa çağırır. Bu çağırışların səmərəlilik koofisiyenti isə birbaşa aparıcının estetik idealında özünü göstərir ki, bu ideal insanı kamilləşdirmək, pis hadisələrdən uzaqlaşdırmaq məqsədi daşıyır.
Turan İbrahimovun proqramı hadisələrə operativ reaksiyası ilə yadda qalır. Misal üçün, təkcə son ayların hadisələrinə proqramın operativ münasibətini göstərmək olar. Bu hadisələr sırasında neftin qəflətən qiymətdən düşməsi və əksər neft ölkələri kimi Azərbaycanın da bundan keçirdiyi narahatlıq xüsusi diqqət çəkir. Əlbəttə, bütün telekanallar bu problemə birbaşa dövlətçilik istiqamətindən yanaşmanı əsas götürdü. Bu mənada Azərbaycan teleməkanının səylərini ayrıca bir məqalədə təhlil etmək də olar. «ATV-xəbər» informasiya proqramı da Azərbaycan Prezidentinin problemə dərhal və işgüzar müdaxiləsindən, onun hökumət nümayəndələri ilə birbaşa və səmərəli görüşlərində irəli sürdüyü tezislərlə bağlı çox maraqlı, analitik reportajlar təqdim etdi. Belə bir yanaşma informasiya proqramının birbaşa vəzifəsidir, telekanalın informasiya siyasətinə daxil olan bir keyfiyyətdir. Lakin məsələyə analitik yanaşma səhər proqramlarının tipologiyasına birbaşa aid olmaya da bilər. «ATV-səhər» belə anlarda problemin ciddiliyindən çıxış edir və dövlət maraqlarını ictimai marağa çevirmək kimi vacib bir missiyanı gerçəkləşdirir.
Bu mənada mənim xeyli müddət izlədiyim proqram saatlarında bütün yanvar, fevral mart və aprel ayları müddətində (və yəqin ki, hələ davamlı olacaq) maraqlı süjetlərə rast gəldim. Neftin qiymətinin enməsi və bununla bağlı ölkədə baş verən devalvasiya ajiotajı «ATV-səhər»in daim diqqətində oldu. Turan İbrahimov bir proqram sahibi kimi televiziyada prioritet mövzunun pik anını və onun yavaş-yavaş səngimə məqamlarını həmişə nəzərə aldığı kimi, bu zaman kəsiyində də bunu nəzərə aldı və mən inanıram ki, ajiotajın aradan qalxmasında proqramda təqdim olunan analitik reportajların da səmərəsi oldu. Məsələn, «ATV-səhər» dövlətin diqqətdə saxladığı islahatlar sırasında kənd təsərrüfatına xüsusi diqqət, yeni infrastruktur layihələri, xarici investisiya qoyuluşları, böhrandan çıxmağın xarici təcrübəsi və s. məsələləri diqqətdə saxlamaqdadır. Bu proqramda efirə gedən dəmir yolu-yük daşımaları və bundan ölkəyə gələcək dividendlər, digər alternativ qazanc mənbələri haqqında maarifləndirici reportajlar diqqəti cəlb edir.
«ATV-səhər»in tematikası çox zəngindir. Amma bu zənginlik sırasında yenə də ilk yeri Azərbaycan Prezidentinin yeni islahatlarla bağlı göstərişlərindən doğan ayrı-ayrı tezislərinə jurnalist yanaşması tutur. Kəndli və bazar. Kəndli öz məhsulunu sərbəst şəkildə bazara çıxara bilirmi? «ATV-səhər»in bu mövzuda təqdim etdiyi xüsusi reportaj (yanvarın 27-də) öz dolğunluğu, hadisələrə vətəndaş mövqeyindən və ələlxüsus ictimai maraq istiqamətindən yanaşması, həm də ayrı-ayrı mövqeləri əks etdirən, bununla da jurnalistikanın plüralizm prinsiplərini qoruyan sinxronların təqdimi ilə efirdə demokratik bir ovqat yarada bildi.
Jurnalistin vətəndaş mövqeyi dedim, «ATV-səhər»in «Vətəndaş nə istəyir» mövzusunda (yanvarın 29-da) çox maraqlı analitik bir reportajı yadıma düşdü. Bu reportaj vətəndaşın yeni islahatlarla bağlı fikirlərini bölüşür. Ən əsası da budur ki, reportyor çox müxtəlif sahələri və çox müxtəlif məqamları ehtiva edən adamların təkliflərini təqdim edir. Sadə kənd adamının, sadə iş adamının çox maraqlı islahat təklifləri tamaşaçını da fəal olmağa, taleyə boyun əymək deyil, dövrün çağırışları ətrafında çaba göstərməyə səsləyir.
«ATV-səhər»in onlarca analitik reportajının adını çəkmək olar. Lakin mən fevralın 11-də efirə gedən «Özəl sektor, özəl kadr...» mövzusunda bir maraqlı reportaj üzərində də dayanmaq istərdim. Bu reportaj bir neçə istiqamətdən diqqəti cəlb etdi. Birincisi, mövzunun aktuallığı ilə. Əlbəttə, tamaşaçılar digər telekanallarda da bu mövzuda saysız reportajların şahidi olmaqdadırlar. Lakin «ATV-səhər»in bu analitik reportajı konkret faktları ilə yadda qaldı. İkincisi, konkret faktlar üzərində qurulan bu reportaj özəl sektorla dövlət sektoru arasındakı fərqləri və oxşarlıqları təhlil etməklə indiki çağda qazanc mənasında birincinin daha səmərəli olduğunu sübut etdi. Üçüncüsü, reportajın istər tematikasında, istərsə də kompozisiyasında və süjetində insan faktoru əsas yerdə dayandı. Məhz bu insan faktoru problemə həm də tənqidi yanaşma üsuluna şərait yaratdı. Və nəhayət, reportajdan sonra aparıcının iki-üç cümləlik şərhi, proqram sahibi kimi problemə «müdaxiləsi» tamaşaçı üçün maraqlı bir effekt yaratdı.
«ATV-səhər»in daha bir reportajını xatırlatmaq istərdim. Fevralın 22-də bu proqram formatında Prezident İlham Əliyevin sahibkarlara yaşıl işıq yandırmaqla bağlı göstəriş və tövsiyələri ətrafında əsaslı faktlarla söz açan reportajda ictimai fikrin plüralist çalarları öz əksini tapdı. Reportyor müxtəlif zümrələrdən olan respondentlərin fikirlərini cəsarətli şəkildə efirə çıxardı və aparıcının bu reportaja şərhi də orijinal müdaxilələri ilə yadda qaldı. Aprelin 20-dəki proqramda “Market “çepesi” sərlövhəli reportajda şəhərdə fəaliyyət göstərən bu tipli mağazaların problemləri qoyuldu və bu problemlərin həlli yolunda maraqlı jurnalist müşahidələri özünü göstərdi.
Və bütün bu maraqlı reportajların, süjetlərin hamısının sonunda aparıcının məntiqli, səmərəli, maarifçi şərhləri ayrıca maraq doğurur. Elə buradaca qeyd edim ki, bu proqramda çox peşəkar telereportyorlar kəşf etdim. Proqramın təqdim etdiyi reportajlar həm son dərəcə aktuallığı ilə, həm zəngin faktları ilə, həm də jurnalist axtarışları ilə diqqəti cəlb edir. Bu reportajların özünəməxsus üslubu, sintaksisi və leksikası var. Bütün bunlar reportajı axıradək izləməyə «məcbur» edir. Mən bu reportajlarda peşəkarlığın bir çox məqamları sırasında jurnalistlərin aydın dilini xüsusi vurğulamaq istərdim. Burada reportyorun və aparıcının aydın üslubu çox bəyənilən bir sinxronluq təşkil edir. Aparıcının- Turanın televiziya üçün vacib olan şifahi xalq dilinə yaradıcı münasibəti tamaşaçını çox razı salır. Aparıcı bütün süjetlərin sonunda təqdim etdiyi jurnalist şərhlərində istər hər kəsə aydın dili ilə, istərsə də vizuallıq kəsb edən hərəkətləri ilə xoş bir səhər ovqatı yaradır. Və xüsusi qeyd edim ki, proqramda analitik reportajlardan tutmuş digər informasiyalaradək - hər şeyin sonu tamaşaçının səhər ovqatını yüksəldən aparıcı şərhləri ilə bitir. Turanın- hələ tələbəlik illərində mənim istedadına ümid etdiyim bu aparıcının əsas peşəkarlığı da elə bu ovqata xidməti ilə ölçülür.

Cahangir Məmmədli