Koreyanın qədim xəritəsində Azərbaycan izi: 1402-ci il…

Koreyanın qədim xəritəsində Azərbaycan izi: 1402-ci il… Koreyanın tarixi xəritəsində Azərbaycanla bağlı maraqlı məqam yer alıb.

Bu barədə tarixçi alim Zaur Əliyev məlumat paylaşıb.

Belə ki, alim sözügedən dünya xəritəsinin fotosunu bölüşərək onun 1402-ci ildə Coson sülaləsi dövründə hazırlandığını bildirib.

Tarixçinin sözlərinə görə, Koreyada Kvon Kun və Yi Ho tərəfindən yaradılan xəritənin qısaldılmış adı “Kangnido”dur:

“Xəritədə Nil çayının Afrika sahilləri göstərilib, Şərqi Asiya, Cənubi Asiya, Yaxın Şərq, Avropa və hətta Afrika təsvir edilib. O dövrdə belə böyük ərazini əhatə edən oxşar xəritə yox idi.

Qırmızı ilə işarələnən yerdə Dərbənd kimi tanınan Bab əl-Əbvab təsvir olunub. Xəzər dənizindəki düzbucaqlı isə Şirvandır. Xəzər dənizi sahilində, Araz və Kür çaylarının aralığında olan düzbucaqlı Arrandır”.

Həmin xəritəni təqdim edirik:

Koreyanın qədim xəritəsində Azərbaycan izi: 1402-ci il…


Tehsil-press.az

Oxşar xəbərlər