Qazaxıstanın Xəzər Texnologiya və Mühəndislik Universitetinin nümayəndə heyəti ADNSU-nun rektoru ilə görüşüb

Qazaxıstanın Xəzər Texnologiya və Mühəndislik Universitetinin nümayəndə heyəti ADNSU-nun rektoru ilə görüşüb Martın 3-də Qazaxıstanın Ş.Yesenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetinin tədris işləri üzrə prorektoru Kayirbek Makulovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizovla görüşüblər.

ADNSU-nun müvafiq fakültə dekanlarının və şöbə müdirlərinin də iştirak etdiyi görüşdə mövcud imkanlar çərçivəsində əməkdaşlıq əlaqələrinin inkişafından, birlikdə elmi-tədqiqat işlərinin aparılmasından və ortaq elmi layihələrin icrasından bəsh olunub. Həmçinin, tələbə-müəllim mübadiləsi, beynəlxalq təcrübə proqramlarının tədrisdə tətbiq olunması kimi məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə yüksək potensiallı hər iki ali təhsil müəssisəsinin əmkdaşlığının müsbət nəticə verəcəyinə əminlik ifadə olunub.

ADNSU-ya səfər çərçivəsində qonaqlar universitetlə daha yaxından tanış olublar. Onlar Tarix muzeyində, “Kibertəhklükəsizlik laboratoriyası”nda olublar və ADNSU-nun elmi-tədqiqat potensialını yüksək dəyərləndiriblər.

Qazaxıstanın Xəzər Texnologiya və Mühəndislik Universitetinin nümayəndə heyəti ADNSU-nun rektoru ilə görüşüb
Qazaxıstanın Xəzər Texnologiya və Mühəndislik Universitetinin nümayəndə heyəti ADNSU-nun rektoru ilə görüşüb
Qazaxıstanın Xəzər Texnologiya və Mühəndislik Universitetinin nümayəndə heyəti ADNSU-nun rektoru ilə görüşüb


Tehsil-press.az

Oxşar xəbərlər