
Memorandumları BAAU-nun rektoru, dos. Səyavuş Qasımov, L.N. Gumilyov ENU-nun rektoru Yerlan Battasheviç Sıdıkov və KNWTTU-nun rektoru Gulmira Qanay imzalayıb.
İmzalanan memorandumlar çərçivəsində tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması, akademik əməkdaşlığın genişləndirilməsi, eləcə də seminar və konfransların təşkili nəzərdə tutulur. Bu əməkdaşlıqlar Azərbaycanla Qazaxıstan arasında təhsil və elm sahəsində əlaqələrin dərinləşməsinə mühüm töhfə verəcək.
Qeyd edək ki, “dəyirmi masa”da Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek, eləcə də hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Tədbirdə akademik əməkdaşlığın inkişaf etdirilməsi, ikili diplom proqramlarının tətbiqi və elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Tehsil-press.az