
“Structural, electrical, and physical–mechanical properties of composites obtained based on filled polyolefins and thermoplastic elastomers” (Doldurulmuş poliolefinlər və termoplastik elastomerlər əsasında kompozitlərin quruluş, elektrik və fiziki-mexaniki xüsusiyyətləri) adlı məqalədə müxtəlif mineral və metal doldurucuların, həmçinin texniki karbon və qrafitin poliolefin əsasında kompozit və nanokompozit materialların quruluş xüsusiyyətlərinə və keyfiyyətinə təsiri nəticələri təqdim olunub. Poliolefin olaraq yüksək sıxlıqlı polietilen, aşağı sıxlıqlı polietilen, etilenin α-olefinlər ilə müxtəlif birgəpolimerləri, polipropilen, polipropilenin random birgəpolimeri, etilenin propilen ilə blok birgəpolimeri, doldurucu olaraq isə əsasən texniki karbon və qrafit, eləcə də müxtəlif təbii minerallar istifadə olunub. Təqdim olunan məqalənin əsas məqsədi poliolefinlər sinfinə daxil olan dielektrik polimerlər əsasında elektrik keçirici kompozit və nanokompozit materialların alınmasının perspektiv imkanlarını nümayiş etdirməkdir.
Qeyd edək ki, Scopus, Web of Science Science Citation Index Expande, DOAJ, and PubMed Central indeksli bazalara daxil olan jurnal 3.9 impakt faktora malikdir və Q1 kateqoriyasındadır.
Tehsil-press.az