
Bu barədə ali məktəbin Direktorlar və Qəyyumlar Şurası qərar qəbul edib.
Qərara əsasən, Xəzər Universitetinin rektoru səlahiyyətlərinin icrası müvəqqəti olaraq tədris işləri üzrə prorektor professor Məhəmməd Nuriyevə həvalə olunub.
M.Nuriyev 1946-cı ildə Zaqatalada andan olub. Texnika elmləri doktorudur. 1997-ci ildən Xəzər Universitetində çalışır.
Qeyd edək ki, Xəzər Universitetinin rektoru İradə Xəlilova bu il yanvarın 1-də öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıdır.
Tehsil-press.az