Tələbələr “AIESEC” təşkilatı barədə məlumatlandırılıb

Tələbələr “AIESEC” təşkilatı barədə məlumatlandırılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “AİESEC” beynəlxalq gənclər təşkilatı haqqında tələbələrə məlumat verilib.
Təşkilatın marketinq meneceri Nuranə Cəbrayılova təcrübə proqramları barədə danışıb. O, proqramları bitirən şəxslərin işlə təmin olunması, beynəlxalq sertifikat və digər uyğun imkanlar əldə edəcəklərini diqqətə çatdırıb. Hazırda layihə çərçivəsində dörd təcrübə proqramının mövcudluğu qeyd edən N.Cəbrayılova proqramlara qoşulma qaydalarını da tələbələrə izah edib.
Təşkilatın meneceri Solmaz Abdul isə işə qəbul qaydalarından danışıb.
Tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər