Makqreqor bəyan etdi: ölkə prezidenti olmaq üçün işə başladı

Makqreqor bəyan etdi: ölkə prezidenti olmaq üçün işə başladı İki çəki dərəcəsində UFC-nin sabiq çempionu Konor Makqreqor İrlandiyada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bəyan edib.

O bu barədə X sosial şəbəkəsindəki səhifəsində məlumat verib və prezidentliyə namizədlərin irəli sürülməsi prosedurunu tənzimləyən konstitusiya normalarının dəyişdirilməsi təşəbbüsü ilə çıxış edib.

Makqreqor İrlandiya vətəndaşlarına, o cümlədən diaspor nümayəndələrinə müraciət edərək, mövcud qaydaların islahına yönəlmiş petisiyanı imzalamağa çağırıb. Hazırda namizəd kimi qeydə alınmaq üçün ya parlamentin 20 üzvünün, ya da dörd qraflıq şurasının dəstəyi tələb olunur. İdmançının fikrincə, bu sistem müstəqil namizədlərin iştirakını məhdudlaşdırır və sadə vətəndaşların seçki bülleteninə təsir imkanını çətinləşdirir.

“İrlandiya vətəndaşları – istər ölkə daxilində, istərsə də xaricdə yaşayanlar – seçki bülleteninin tərkibinə birbaşa təsir imkanına sahib olmalıdır”, – deyə Makqreqor bildirib. O vurğulayıb ki, onun təşəbbüsü seçkilərin daha inklüziv və demokratik olmasına xidmət edir.

Makqreqorun bu bəyanatı artıq İrlandiyada həm siyasi, həm də idman dairələrində geniş müzakirələrə səbəb olub.

Tehsil-press.az


Oxşar xəbərlər