Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu Papua Yeni Qvineyada 5,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə Amerika Birləşmiş Ştatlarının Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, episentri Yeni İrlandiyada olan zəlzələ təxminən 19 kilometr dərinlikdə baş verib.

Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib. Dağıntı və ya tələfat qeydə alınmayıb.

Qeyd edək ki, Papua Yeni Qvineya Sakit okeanın "Alov halqası"nda yerləşir, dünyanın əksər zəlzələləri və vulkan püskürmələri bu bölgədə baş verir.

Tehsil-press.az

Oxşar xəbərlər