
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib.
Baş nazir anklavlarla bağlı da danışıb:
“Bizə məxsus olan, amma Azərbaycanın nəzarətində olan ərazilər var, Azərbaycana məxsus, amma bizim nəzarətimizdə olan ərazilər də var. Delimitasiya prosesi davam etməlidir. Harada Azərbaycana məxsus ərazilər varsa, onları qaytarmalıyıq, harada Ermənistana məxsus ərazilər varsa, onlar da bizə qaytarılmalıdır”.
Ərazilərin mübadiləsi məsələsinə toxunan Paşinyan əlavə edib ki, bu, ekvivalentlik prinsipi əsasında və ya referendum yolu ilə həyata keçirilməlidir.
Qeyd edək ki, Ermənistan ərazisində Azərbaycana qaytarılmalı olan anklav kəndlər var, söhbət Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Kərki kəndlərindən gedir.
Ermənistan isə Gədəbəy rayonu ərazisində yerləşən Başkəndin ona aid olduğunu iddia edir.
Tehsil-press.az