Bu ərazilər Azərbaycana verilirdi – Qalstanyan

Bu ərazilər Azərbaycana verilirdi – Qalstanyan “Biz anklavların Azərbaycana verilməsini dayandırdıq və ya təxirə sala bildik”.

Globalinfo.az xəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan parlamentdəki dinləmələr zamanı deyib.

“Hökumətin kəndlərin verilməsi ilə bağlı qanunsuz fəaliyyəti bütün Ermənistana yayılacaqdı. Bu proses ərazi bütövlüyümüzə, konstitusiyamıza, müstəqillik haqqında bəyanatımıza və ümummilli hədəflərimizə qarşı yönəlib. İndiki mərhələdə biz uğur qazanmaya bilərik, amma mübarizə davam edəcək”, – o bildirib.

Qeyd edək ki, revanşist keşiş Baqrat Qalstanyanın haqqında bəhs etdiyi kəndlər (Yuxarı Əskipara, Sofulu, Barxudarlı, Kərki) tarix və beynəlxalq hüquq prizmasından Azərbaycan əraziləridir.

Tehsil-press.az

Oxşar xəbərlər