
Bu barədə AFAD məlumat yayıb.
Seysmoloqlar bildiriblər ki, Etimesqut ərazisində 3,2 bal gücündə yeraltı təkanlar 4,68 km dərinlikdə qeydə alınıb. Çankaya bölgəsində, dövlət televiziyası binasının yaxınlığındakı bir neçə evin sakinləri yeraltı titrəmələri hiss ediblər.
Xatırladaq ki, ötən gün saat 19:55-də Türkiyədə 6,1 bal gücündə daha bir zəlzələ qeydə alınıb . Yeraltı təkanlar təxminən 20-30 saniyə davam edib. Smartfon proqramları zəlzələ başlamazdan bir neçə saniyə əvvəl xəbərdarlıq edib.
Tehsil-press.az