Tatarıstan ərazisi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
ASTRA-nın məlumatına görə, Kazan, Nijeqamsk, Yelabuqa və Naberejnıye Çelnıda hava hücumu siqnalı çalınıb.
Almetyevsk sakinləri yerli çatlarda yanğınsöndürənlərin təcili sirenlə harasa getdiyini yazıblar. ASTRA-nın izləyiciləri isə Naberejnıye Çelnıdan Nijeqamsk (Beqișevo) hava limanı istiqamətinə yanğınsöndürən maşınların hərəkət etdiyini bildiriblər.
Mənbələrin məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Tatarıstanın Kzıl-Yul qəsəbəsində yerləşən “Shahed” dronlarının saxlandığı terminalı ikinci dəfə hədəfə alıb. Hücum nəticəsində binada yanğın ocaqları qeydə alınıb.
ABŞ və Rusiya liderlərinin 15 avqustda Alyaskada keçirəcəyi sammit ərəfəsində Ukrayna prezidenti Vladimir Zelenski Moskvaya və beynəlxalq ictimaiyyətə sərt ismarıc göndərib.
“Biz Donbasdan çıxmayacağıq” – deyə Zelenski bu gün “Gənclər burada” forumunda çıxışında bildirib. Prezident vurğulayıb ki, Ukraynanın iştirakı olmadan Ukrayna haqqında hər hansı qərar qəbul edilə bilməz:
“Ukrayna olmadan Ukrayna haqqında danışmaq mümkün deyil və heç kim bunu qəbul etməyəcək. Danışıqlar onların ikitərəfli trayektoriyası üçün önəmli ola bilər, amma Ukrayna olmadan Ukrayna barədə heç bir qərar qəbul edə bilməzlər. Ümid edirəm ki, ABŞ prezidenti bunu başa düşür və nəzərə alır”.
Bu gün saat 11:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi ReAl Partiyasının sədri Natiq Cəfərli ilə müzakirə edir.
Tehsil-press.az