Rusiya səfirliyi: "8 yaşlı erməni uşağa Azərbaycana giriş qadağan edilməyib"

Rusiya səfirliyi: Uşağın Azərbaycan ərazisinə buraxılmasında problemlər yaranıb.

Anası ilə Azərbaycana gəlmiş və formallıqların dəqiqləşdirilməsi üçün Bakı hava limanında saxlanılmış 8 yaşlı Rusiya vətəndaşı Luka Rubenoviç Vardanyan hazırda anası ilə birlikdə Bakıdadır. Tehsil-press.az-ın məlumatına görə, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyindən Trend-ə bildiriblər.
"Mayın 29-da təxminən saat 13-də Rusiya səfirliyinə zəng daxil olub ki, Bakı beynəlxalq hava limanında Bakıya gəlmiş 8 yaşlı Rusiya vətəndaşı Luka Rubenoviç Vardanyanın pasport qeydiyyatını keçərkən Azərbaycan ərazisinə buraxılmasında problemlər yaranıb. Dərhal hava limanına səfirliyin əməkdaşı gəlib. Yerli hakimiyyət orqanları ilə razılaşdırılaraq uşağa ölkəyə girişə imkan verilib. Hazırda o, anası ilə birlikdə Bakıdadır", - səfirliyin məlumatında belə deyilir.
Rusiya səfirliyi: "8 yaşlı erməni uşağa Azərbaycana giriş qadağan edilməyib"
Luka Vardanyan

Bu gün səhər saatlarında bir sıra erməni KİV-i belə xəbər yayıb ki, erməni soyadına görə 8 yaşlı rusiyalı uşaq Bakı aeroportundan Azərbaycan ərazisinə buraxılmır. Xəbərə görə, bu insident haqda uşağın anası, Kristina adlı rusiyalı turist sosial şəbəkədə məlumat yayıb.
Uşağın anası və atalığı rus soyadını daşıyır. Uşaq isə atasının - Ruben Vardanyanın soyadını daşıyır. Bildirilir ki, Bakı aeroportunun sərhəd xdmətinin əməkdaşları uşağın anasını və atalığını ölkəyə buraxıb, özünü - Luka Rubenoviç Vardanyanı isə deportasiya etməyi qərara alıb. Kristina yazıb ki, onlar hazırda yekun qərarı və pasportlarının verilməsini gözləyir.
Dövlət Sərhəd Xidmətinin Bakı aeroportundakı nümayəndələri isə virtualaz.org-a bildiriblər ki, ermənilərin yaydıqları məlumat doğru deyil. “Azərbaycan sülhpərvər dövlətdir və biz Luka Vardanyanı ölkəyə buraxmağa hazırıq. Ancaq onun atası işə qarışıb, atasının israrı ilə uşaq geri qaytarılıb. Heç bir deportasiyadan söhbət gedə bilməz. Azərbaycan ölkəyə gələn başqa turistlər kimi həmin uşağın da təhlükəsizliyini təmin etməyə hazırdır” - mənbə bildirib.


Tehsil-press.az

Oxşar xəbərlər