Aİ Türkiyə və Ermənistanı barışığa çağırdı

Aİ Türkiyə və Ermənistanı barışığa çağırdı Avropa Komissiyası Türkiyə və Ermənistanı münasibətlərini normallaşdırmağa çağırır və bu ölkələrin tam barışmasına gətirib çıxaracaq konstruktiv dialoqun aparılacağına ümid edir.

Tehsil-press.az verdiyi xəbərə görə, bunu “Sputnik” agentliyinə Aİ diplomatiyası rəhbərinin rəsmi nümayəndəsi Maya Kosyançiç bildirib. “Aİ Türkiyə və Ermənistan vətəndaş cəmiyyətlərinin tam barışmasına yol açacaq növbəti real addımların atılmasına çağırıb.
Aİ Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə sadiq qalmaqdadır və hər iki tərəfi heç bir ilkin şərt irəli sürmədən bu prosesi bərpa etməyə çağırır”, - deyə Kosyançiç bildirib. Xatırladaq ki, Almaniya Bundestaqı ötən gün uydurma erməni soyqırımının tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edib. Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Almaniya parlamentinin qərarının Almaniya-Türkiyə əlaqələrinə ciddi şəkildə təsir edəcəyini bildirib.


Tehsil-press.az

Oxşar xəbərlər