Avrasiyada, xüsusilə də türk dövlətləri arasında elmi əməkdaşlığı gücləndirmək, tədqiqat ənənələrini bərpa etmək və biomüxtəlifliyin qorunması istiqamətində yeni elmi yanaşmaların formalaşdırılmasına şərait yaratmaq məqsədilə keçirilən konfransda BDU-nun Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov plenar məruzə ilə çıxış edib.
Tədbirdə Özbəkistan, Türkiyə, Qırğızıstan və Qazaxıstandan olan elmi müəssisələrin nümayəndələri ilə görüşlər keçirilib, əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə edilib.
Konfrans çərçivəsində həmçinin Avrasiyada biomüxtəlifliyin qorunması, flora və faunanın davamlı istifadəsi, ekosistemlərin bərpası, nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi, eləcə də ekoloji monitorinq və qiymətləndirmənin müasir metodlarının tətbiqi mövzularında geniş müzakirələr aparılıb.
Tehsil-press.az