9 il həbs cəzası verilən gənc, Prezidentin əfv sərnacamı ilə azadlığa çıxıb

9 il həbs cəzası verilən gənc, Prezidentin əfv sərnacamı ilə azadlığa çıxıb Ötən il “Xarici agentlər haqqında” qanun layihəsi ilə əlaqədar keçirilən aksiyalar zamanı saxlanılan və 9 il həbs cəzası verilən Lazare Qriqoriadis, ölkə Prezidenti Salome Zurabişvilinin əfv sərnacamı ilə azadlığa çıxıb.

Bu barədə onun vəkili Lika Bitadze məlumat verib.

Onun sözlərinə görə, Lazare Qriqoriadis bu gün Qldani cəzaçəkmə müəssisəsini tərk edəcək.

Vəkil bildirib ki, hökmün qətnamə hissəsi artıq məhkəmədən müdafiə tərəfinə çatdırılıb, onlar bir neçə dəqiqədən sonra prezident Salome Zurabişvilinin administrasiyasına gedəcəklər. Müvafiq prosedurlardan keçdikdən və prezident tərəfindən əfv fərmanı imzalandıqdan sonra sənədlər cəzaçəkmə müəssisəsinə göndəriləcək, bundan sonra Lazare Qriqoriadis həbsxananı tərk edəcək.

Qeyd edək ki, Prezident administrasiyası S. Zurabişvilinin artıq əfv fərmanını imzaladığını açıqlayıb.

Məlumat üçün bildirək ki, mart aksiyalarında polis əməkdaşlarının sağlamlığına zərər vurmaqda və dövlət əmlakını dağıdmaqda ittiham edilərək həbs edilən 21 yaşlı Lazare Qriqoriadis aprelin 12-də Tbilisi şəhər məhkəməsi tərəfindən təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Gürcüstan prezidenti Salome Zurabişvili isə aprelin 12-də Lazare Qriqoriadisi əfv etmək barədə qərar qəbul etdiyini açıqlayıb.

Tehsil-press.az

Oxşar xəbərlər