Ankara Universitetinin rektoru ADU-da olub

Ankara Universitetinin rektoru ADU-da olub Azərbaycan Dillər Universitetində (ADU) Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar ilə ADU-nun rektoru, akademik Kamal Abdulla arasında görüş keçirilib.

Rektor Kamal Abdulla qonağı səmimi şəkildə salamlayaraq, Türkiyə Cümhuriyyətinin yaxın günlərdə qeyd olunmuş Cümhuriyyət Bayramı münasibətilə türkiyəli həmkarlarını təbrik edib. O, bayramın Azərbaycan–Türkiyə qardaşlığının rəmzlərindən biri olduğunu vurğulayıb və səmimi arzularını ifadə edib.

Görüş zamanı ADU ilə Ankara Universiteti arasında uzun illərə dayanan dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti qeyd olunub. Tərəflər ali təhsil müəssisələri arasında elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, həmçinin professor-müəllim və tələbə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Söhbət zamanı həmçinin Ankara Universitetinin TÖMER mərkəzi ilə ADU arasında dil tədrisi, metodik dəstək və ortaq proqramların inkişafı istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Professor Necdet Ünüvar göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və iki universitet arasında əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub və əməkdaşlığın davam etdirilməsi barədə razılıq ifadə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər