Tədbirdə Bakı Dövlət Universiteti və Kilis 7 Aralık Universiteti arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə empirik tədqiqatların aparılması, ortaq nəşrlərin hazırlanması və gənc tədqiqatçıların bu prosesə daha fəal cəlb olunması ilə bağlı gələcək planlar diqqətə çatdırılıb. Konfrans çərçivəsində aparılan müzakirələr əsasında iqtisadiyyatın dayanıqlı inkişafı, dövlət maliyyəsinin şəffaf idarə olunması, yaşıl keçid, sosial bərabərlik və innovativ idarəetmə modelləri üzrə bir sıra tövsiyə xarakterli nəticələr formalaşdırılıb.
Bağlanış mərasimində məruzəçilərə və sessiya moderatorlarına sertifikatlar təqdim olunub.
Çıxış edənlər konfransın Türkiyə və Azərbaycan arasında mövcud strateji müttəfiqliyin elm və təhsil müstəvisində daha da dərinləşməsinə xidmət etdiyini, elmi əməkdaşlığın yeni istiqamətlərinə yol açdığını bildiriblər.
Tehsil-press.az


