İqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların IV beynəlxalq elmi konfransı keçiriləcək

İqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların IV beynəlxalq elmi konfransı keçiriləcək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə iqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların IV beynəlxalq elmi konfransı keçiriləcək.
Konfransa ABŞ, Almaniya, Fransa, İtaliya, İsveçrə, Çin, Macarıstan, Polşa, İspaniya, İsrail də daxil olmaqla, dünyanın 30-a yaxın ölkəsindən 600-dən çox tədqiqat işi təqdim edilib. Həmin məruzələrdən elm komitəsi tərəfindən seçilmiş ən keyfiyyətli məqalələr “Scopus” platformasında indekslənəcək.
Konfransda seçilmiş tədqiqat işlərindən ibarət “Qarabağ və Şərqi Zəngəzurda investisiyalar”, “Qarabağda biznes mühiti və KOB-ların inkişafı” və “Qarabağın iqtisadi potensialının sektoral qiymətləndirilməsi” adlı kitabların təqdimatı keçiriləcək.
Tədbirdə 50-dən çox tanınmış mütəxəssisin iştirakı ilə aktual mövzularda vorkşoplar da təşkil olunacaq.
Konfrans çərçivəsində yerli və beynəlxalq nüfuzlu qurumların iştirakı ilə “Green Day” təşkil olunacaq ki, burada yaşıl iqtisadiyyat və yaşıl artımla bağlı mövzuların müzakirəsi aparılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər