Görüş zamanı tərəflər Universitetdə təhsil texnologiyalarının tətbiqi, tələbə və müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, eləcə də beynəlxalq təcrübənin paylaşılması imkanları barədə müzakirə aparıblar. Qonaqlar BDU-nun təhsil və tədqiqat infrastrukturunu yüksək qiymətləndirərək, gələcək əməkdaşlıq perspektivlərini vurğulayıblar.
BDU rəhbərliyi qonaqlara Universitetin müasir təhsil strategiyaları, innovativ layihələri və beynəlxalq əlaqələri barədə geniş məlumat təqdim edib.
Tehsil-press.az











